Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ola bilsin, ABŞ Çinin hərbi modernləşmə tempindən narahatdır"
"Ola bilsin, ABŞ Çinin hərbi modernləşmə tempindən narahatdır"

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Çin prezident Si Tszinpin dövründə Tayvanı ilhaq etmək planları daha sürətlə həyata keçirilir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bazar ertəsi Stenford Universitetində keçmiş dövlət katibi Kondoliza Rays ilə söhbətində Blinken bildirib ki, Çin və Tayvan arasında sülh və sabitlik onilliklər ərzində uğurla qorunub saxlanılıb, lakin indi Pekin öz yanaşmasını dəyişib.

“Müsbət şəkildə qurulmuş status-kvoda qalmaq əvəzinə, Pekin status-kvonun artıq məqbul olmadığına dair əsaslı qərar qəbul edib. Və indi Pekin yenidən birləşməni çox daha sürətli bir zaman çərçivəsində davam etdirir”?- deyə Blinken bildirib.

ABŞ nümayəndəsi, Nensi Pelosinin səfərinə cavab olaraq, avqust ayında Tayvanın əsas adası ətrafında böyük hərbi təlimlər keçirən Çin, həmin vaxtdan hərbi keçidləri əhəmiyyətli dərəcədə artırıb. Pekin Tayvanı ələ keçirmək niyyətində olduğunu açıqlasa da, belə bir ssenari üçün vaxt qoymamışdı.

“Ola bilsin ki, dövlət katibi Blinken Çinin hərbi modernləşdirilməsinin tempi və miqyasından narahatdır. Lakin təkcə Çinin hərbi qabiliyyəti yaxın perspektivdə güc tətbiq etmək niyyətini göstərmir”,- bu barədə alim Dryu Thompson deyib. O hesab edir ki, Si Tsinpinin niyyəti bir anda dəyişə bilər, burada bacarıqların inkişafı üçün illər lazım olduğu kimi, Tayvan və ABŞ-ın güc proyeksiyasına qarşı müdafiəsini qurmaq lazımdır. Bunun üçün isə, vaxt lazımdır.

Çin eksperti Bill Bishop isə, qeyd edir ki, dövlət sənədlərində və ya Si Tsinpinin çıxışında Pekin tərəfindən sürətləndirilmiş bir ilhaq məsələsindən söhbət getmir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »