Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Fidan: Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün regiona müsbət təsir göstərəcək
Nazir Fidan: Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün regiona müsbət təsir göstərəcək

Xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində “Türkiyə Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlər arasında müdafiə və təhlükəsizlik arxitekturası” başlığı altında keçirilən TÜRKPA Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxış edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatınınverdiyi məlumata görə, Fidan: "Parlament səviyyəsində bir araya gələrək türk dünyasının milli təhlükəsizlik arxitekturasının yaradılması üçün zəmin yaradılması mühüm məsələdir", - deyib.

Nazir Fidan TÜRKPA-nın 13-cü Baş Assambleyasının iyunun 5-6-da Bakıda keçiriləcəyini bildirərək, dünyanın artan münaqişələr və qeyri-sabitliklərlə üzləşdiyi, qlobal rəqabətin sürətləndiyi bir dövrdə TÜRKPA-nın dövlət başçılarının toplantısının keçiriləcəyini bildirib və Milli Müdafiə Komissiyasının bu gün xüsusi bir məna daşıdığını qeyd edib.

Azərbaycanla bağlı məsələyə diqqət çəkərək 30 ildən artıq davam edən Qarabağın işğalına son qoyaraq Cənubi Qafqazda daimi sülhə yol açmasından çox məmnun olduqlarını bildirən Fidan Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarıldığını və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mayın 11-də Qazaxıstanın Almatı şəhərində keçirilən görüşlərinin müsbət hal olduğunu bildirib.

Fidan Türkiyənin bu proseslərdə Azərbaycana tam dəstəyini davam etdirdiyini vurğulayıb: “Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bu, təkcə iki ölkəyə deyil, bütün regiona müsbət təsir göstərəcək”, - deyə qeyd edib.

Türkiyədən Orta Asiyaya qədər bütün region ölkələrinin rifahına töhfə verəcək addımlar atmaq, bölgəni firavanlıq və sabitlik dəhlizinə çevirmək istədiklərini ifadə edən Fidan qeyd edib ki, iqtisadiyyat, ticarət və maliyyə sektorları hərbi güc kimi yüksək siyasət sahələrindən birinə çevrilib.

Fidan qlobal miqyasda yeni ticarət yollarının axtarışının getdikcə genişləndiyini açıqlayıb: “Geosiyasət və geoiqtisadiyyat bir-birinə qarışıb. Bu mühitdə Türkiyə dövlətləri əlaqə, ticarət və enerji təhlükəsizliyi kimi kritik sahələrdə böyük əməkdaşlıq potensialına malikdir”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »