Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi dünya müharibəsinə gətirib çıxaracaq - Szijarto
Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi dünya müharibəsinə gətirib çıxaracaq - Szijarto

Bəzi avropalı siyasətçilərin müzakirə etdiyi Qərb qoşunlarının Ukraynaya göndərilməsi yeni dünya müharibəsinə gətirib çıxaracaq.

Bizimyol.info xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər naziri Peter Sijarto Əmmanda iordaniyalı həmkarı Ayman əs-Səfadi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Bəzi avropalı siyasətçilər Ukraynaya əsgər göndərmək istəyir, digər avropalı siyasətçilər isə nüvə silahından istifadə etmək haqqında xəyal qururlar. İstənilən halda bu, dünya müharibəsi demək olacaq və silahlı münaqişəyə yaxın olanlar bunun əvəzini ödəməli olacaqlar”, - deyə Szijarto "M1" telekanalı tərəfindən yayımlanan konfransda xəbərdarlıq edib.

O qeyd edib ki, Macarıstan vətəndaşları Ukrayna münaqişəsi ilə bağlı səslənməkdə davam edən bu təhlükəli bəyanatlardan artıq yorulublar: “Biz bütün Avropanı və hətta bütün dünyanı müharibəyə sürükləməkdən yorulmuşuq. Biz Ukraynaya quru qoşunlarının göndərilməsi və nüvə silahının tətbiqi barədə danışmaqdan bezmişik”, - deyə nazir bildirib.

Bununla bağlı o, 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilərdə seçicilərin “axmaq şeylər söyləyən avropalı siyasətçilərə siqnal göndərə biləcəklərinə” ümid etdiyini bildirib. Macarıstan hökuməti deyir ki, bu seçkilər mahiyyətcə müharibə və sülh məsələsini həll edəcək və Ukraynada silahlı münaqişənin davam etdirilməsinə qarşı çıxan tərəfləri dəstəkləməyə çağırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »