Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2026 UEFA Avropa Liqası və 2027 Konfrans Liqasının finalları İstanbulda keçiriləcək
2026 UEFA Avropa Liqası və 2027 Konfrans Liqasının finalları İstanbulda keçiriləcək

UEFA İcraiyyə Şurasının üzvü Sərvət Yardımcı 2026 UEFA Avropa Liqası və 2027 UEFA Konfrans Liqası finallarının İstanbulda oynanılacağını açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində Sərvət Yardımçının da iştirak etdiyi UEFA İcraiyyə Şurasının iclası keçirilib.

İdarə Heyəti 2026-cı ildə UEFA Avropa Liqası finalının "Beşiktaş"ın ev oyunlarını keçirdiyi Tüpraş Stadionunda keçirilməsinə qərar verib. Kakin 2027-ci ildə Konfrans Liqasının finalının oynanılacağı stadion daha sonra müəyyənləşəcək.

Tüpraş Stadionu ikinci dəfə UEFA-nın final təşkilatına ev sahibliyi edəcək. 2019-cu ildə İngiltərənin iki komandası "Liverpool" və "Chelsea"ni qarşı-qarşıya qoyan UEFA Super Kubokunun final matçı o vaxtlar məlum olduğu kimi "Vodafone Park"da keçirilib.

Final mərhələsinin ev sahibləri aşağıdakılardır:

UEFA Çempionlar Liqası:

2026: Budapeşt, Puşkaş Arena

2027: Milanın San Siro Stadionunda təmir planları haqqında məlumat təqdim edildiyi üçün qərar sentyabr ayına qədər təxirə salındı.

UEFA Avropa Liqası:

2026: İstanbul, Beşiktaş Parkı (Tüpraş)

2027: Frankfurt, Frankfurt Stadionu

UEFA Konfrans Liqası:

2026: Leipzig, RB Arena

2027: İstanbul, Beşiktaş Parkı (Tüpraş)

Son xəbərlər
Bütün xəbərlər »