Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MAQATE İranla danışıqları respublika prezidentinin ölümü ilə əlaqədar dayandırıb
MAQATE İranla danışıqları respublika prezidentinin ölümü ilə əlaqədar dayandırıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) respublika prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olması ilə əlaqədar İranla nüvə məsələləri üzrə danışıqları dayandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə agentliyin rəhbəri Rafael Qrossi "Reuters" agentliyinə müsahibəsində bildirib.

“İran matəm müddəti elan edib və buna hörmətlə yanaşmalıyıq. Amma matəm günləri bitən kimi qarşılıqlı əlaqəni davam etdirəcəyik”, - deyə Qrossi qeyd edib. O, ümid etdiyini bildirib ki, bu, “bir neçə günə başa çatacaq müvəqqətli fasilədir”.

MAQATE rəhbəri mayın 6-7-də İranda səfərdə olub. O, xarici işlər naziri Abdullahian, İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami və İslam Respublikasının nüvə sazişi üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Əli Baqiri Kani ilə görüşlər keçirib. Danışıqlar zamanı Qrossi İran və MAQATE-nin 4 mart 2023-cü il tarixli birgə bəyanatını gücləndirmək üçün bir sıra praktiki tədbirlər təklif edib. O, Tehranın agentliyə yoxlama və monitorinq həyata keçirməsinə icazə vermək niyyətini, habelə İranın üç nüvə obyektinə girişi təmin etməyə hazır olduğunu qeyd edib. Bildirilib ki, İran və MAQATE respublikanın “hüquq və öhdəlikləri”, eləcə də agentliyin səlahiyyətləri əsasında qarşılıqlı fəaliyyət göstərmək barədə razılığa gəliblər.

İslami Qrossi ilə danışıqları konstruktiv adlandırıb və növbəti danışıqlar üçün mart bəyanatının əsas götürülməsinə qərar verildiyini bildirib. MAQATE rəhbəri bildirib ki, o, İran tərəfdən nüvə proqramına nəzarət üzrə konkret tədbirlər həyata keçirməyə hazır olduqlarına dair təminat alıb. Eyni zamanda rəsmi qeyd edib ki, o, milli nüvə proqramı ilə bağlı Tehranla aparılan danışıqların hazırkı vəziyyətindən “tamamilə razı deyil”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »