Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nə qədər yuxarı qalxa bilərsən, bütün hər şey bizim seçimimizdən asılıdır"
"Nə qədər yuxarı qalxa bilərsən, bütün hər şey bizim seçimimizdən asılıdır"

“Azərbaycanda qadın sahibkarlığına dəstək verən kifayət qədər təşkilat var”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hicran Hüseynova Bakıda keçirilən “SHE Congress”də çıxışı zamanı bildirib. Deputatın sözlərinə görə, təşkilatların mövcudluğu qadınlara böyük dəstəkdir.

Hicran Hüseynova Hicran Hüseynova

“Bir çox ölkədə belə fəaliyyət yoxdur. Bu gün qızlarımız təhsil alır, ictimai-siyasi müzakirələrə qoşulur. Bununla yanaşı, qanunvericilikdə faydalı dəyişikliklərin olmasını müzakirə edirik.

Hər insan individual bir varlıqdır. Öyrən və kəşf et…

Mənim ən sevdiyim “The Beatles” qrupunun üzvlərindən birinin məşhur mahnısı var. Orada deyilir “sən nə dərəcədə yuxarı qalxa bilərsən? Qərar əsas sənindir. Hər kəsin öz seçimi var”. Bütün hər şey öz seçimlərimizdən asılıdır”,-deyə Hicran Hüseynova bildirib.

Deputat vurğulayıb ki, bu konqresin çox böyük əhəmiyyəti var və illərdir təşkil edilir, hər il qoşulan iştirakçıların sayı daha da artır.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “SHE Congress” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »