Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Süni intellekt, rəqəmsallaşma daha çox kişilərin işini məhdudlaşdıracaq"
"Süni intellekt, rəqəmsallaşma daha çox kişilərin işini məhdudlaşdıracaq"

“Dünyada qadın rəhbər şəxslərin nisbəti təxmini 32 faizdir”.

Bizimyol.info xəbər verir ki, bu sözləri "Yelo Bank"ın İdarə heyətinin sədri Anar Həsənov “SHE Congress”də çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan dünya ölkələri siyahısında 180 ölkədən öndədir.

“Bu, çox sevindirici haldır. Məni çox təccübləndirdi ki, Almaniya kimi dövlət belə, həmin siyahıda xeyli geridədir”,-deyə Anar Hüseynov bildirib.

Anar Hüseynov vurğulayıb ki, son zamanlar özəl sektorda süni intellekt, rəqəmsallaşmadan çox bəhs edilir və bu, daha çox kişilərin işini məhdudlaşdıracaq.

“Qadınların çoxunun işini süni-intellektlə əvəz etmək mümkün olmayacaq. Ola bilsin ki, gələcəkdə “HE Congress” keçirilsin. Çünki qadınların gələcəyi daha parlaq görünür”,- deyə qeyd edib.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “SHE Congress” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »