Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türklərin İrsi" layihəsinin işçi qrupu Azərbaycanda sənədli filmlərin çəkilişinə hazırlıq görür
"Türklərin İrsi" layihəsinin işçi qrupu Azərbaycanda sənədli filmlərin çəkilişinə hazırlıq görür

Türkiyə Prezident Administrasiyasının dəstəyi çərçivəsində həyata keçirilən "Türklərin İrsi" layihəsinin işçi qrupu Azərbaycanda fəaliyyətə başlayıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən layihə 17 cildlik toplu və 18 sənədli filmdən ibarətdir.

Dünyanın 53 fərqli ölkəsində həyata keçirilən layihə mədəniyyət, incəsənət, təhsil və elm kimi mövzuları əhatə edir və memarlıq nümunələrinin inventarını çıxarmağı hədəfləyir.

Layihənin baş redaktoru professor Osman Eravşar, layihə koordinatoru İbrahim Divarcı və prodüser Tamer Yiğitdir. Layihə çərçivəsində çəkilişlər Bakı, Şəmkir, Qəbələ, Qobustan və Gəncədə çəkiləcək.

Sənədli film üçün Azərbaycan alimləri ilə müsahibələr, Azərbaycan Muzeylərində birgə tədqiqatlar aparılacaq.

Son xəbərlər
Bütün xəbərlər »