Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "Silahlı Qüvvələr cəbhənin ən çətin sektorlarında dönüş yaradıb"
Putin: "Silahlı Qüvvələr cəbhənin ən çətin sektorlarında dönüş yaradıb"

"Rusiya ordusu cəbhənin ən çətin sahələrində dönüş nöqtəsinə nail ola bildi, bu, digərləri ilə yanaşı, Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin (VKS) döyüşçülərinin qəhrəmanlığı sayəsində edildi".

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Görüşə gələn prezidenti Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu qarşılayıb. Nazir qoşunların formalaşdırılması ilə bağlı qısa hesabat təqdim edib. Rusiya Aerokosmik Qüvvələrinin Ali Baş Komandanı Viktor Əfzalov da tədbirə hazırlıq barədə məlumat verib.

Onlar birlikdə tribunaya çıxdılar və Putin döyüşçüləri “Salam, yoldaşlar!” ifadəsi ilə salamlayıb. Daha sonra o, qısa nitq söyləyib, hərbi hissələri dövlət təltifləri münasibətilə təbrik edib.

"Hərbçilərimizin qəhrəmanlıq hərəkətləri və qüsursuz hazırlığı sayəsində cəbhənin ən çətin sahələrində dönüş nöqtəsinə nail olmaq mümkün olub", - deyə dövlət başçısı Aerokosmik Qüvvələrin hərbi hissələrinə dövlət mükafatlarının təqdim edilməsi mərasimində deyib.

Rusiya prezidenti Rusiya Aerokosmik Qüvvələrinin hərbi hissələrinə dövlət mükafatlarını təqdim edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »