Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suyu dəyişərək içmək tövsiyə olunur... "Su filtri satıcılarının elektrot "şou"su ilə bağlı şikayətlər alırıq"
Suyu dəyişərək içmək tövsiyə olunur... "Su filtri satıcılarının elektrot "şou"su ilə bağlı şikayətlər alırıq"

Bu günlərdə bir şəxs sosial şəbəkələrdə Azərbaycan bazarında satılan müxtəlif şirkətlərin istehsal etdiyi suyu bir cihazla analiz edərək, bununla bağlı öz şərhini verirdi. Bəzi suların sağlamlıq üçün zərərli olduğunu qeyd edirdi. Bu cür videolarda istifadə olunan cihazlara necə güvənmək olar? Belə yoxlama suyun keyfiyyətini müəyyən etmək üçün yetərlidirmi? Suyun keyfiyyətini fərdi olaraq analiz etmək mümkündürmü?

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, su Allahın təbiətdə bəxş etdiyi dəyərli möcüzəsidir. Su barədə fikir söyləmək üçün laboratoriya şəraitində 300 parametr araşdırılmalıdır.

Eyyub Hüseynov Eyyub Hüseynov

Eyyub Hüseynovun sözlərinə görə, "su yeganə maddədir ki, 3 aqreqat halında olur".

“Qaz, kristal və maye halında olur. Su yeganə maddədir ki, dadı, qoxusu və rəngi yoxdur. Su yeganə maddədir ki, bütün maddələrdən fərqli olaraq, istidə də, soyuqda da genişlənir və s. Suyun belə məziyyətləri var”-deyən ekspert vurğulayıb ki, elm hələ hansı DNK-lı insana hansı növ suyun lazım olduğunu araşdıra bilməyib. Bir növ su dəyərlərin 5 üzvü üçün uyğun ola bilər, ikisi üçün uyğun olmaya bilər. Suyun araşdırılması çox ciddi bir məsələdir.

Ekspertin fikrincə, sosial şəbəkələrdə yayılan müxtəlif videolarda "suyun keyfiyyətinin ölçülməsi" sadəcə bir təcrübə sayıla bilər. Ola bilsin ki, bu təcrübədə su kimin üçünsə normal su ola bilər.

“Suyu araşdırmağa çalışan insanları mən qınamıram. Onlar mümkün olanı edirlər. Lakin “bu su içməli deyil, bunu içmək olmaz” fikri düzgün deyil. Ona görə də insanlar suyu dəyişib içməlidirlər. Yəni müxtəlif sular içməlidirlər. Və suyun bu qeyri-adi olmasından, ilahiliyindən su filtiri satıcıları da bazarda böyük ajiotaj yaradırlar. Primitiv təcrübələr aparırlar. Elektrotları suya salaraq, bir elektrot hadisəsi göstərirlər və s. Bizə bu barədə çoxlu şikayətlər gəlir. Videoda təcrübəni aparan insan da əlində olan cihazla su haqqında məlumat verir. Lakin qeyd etdiyim kimi bu suyun tam analizi deyil”-deyən ekspert əlavə edib ki, Azərbaycanda hələ suyun tam analizi həyata keçirilməyib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »