Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Cinpinqin Fransaya səfəri mayın 6-7-də baş tutacaq
Si Cinpinqin Fransaya səfəri mayın 6-7-də baş tutacaq

Çin sədri Si Cinpinqin Fransaya dövlət səfəri 6-7 may tarixlərində baş tutacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Yelisey sarayına istinadən məlumat yayıb.

“Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünə təsadüf edir və Fransa prezidenti Emmanuel Makronun 2023-cü ilin aprelində Pekinə və Quançjouya səfərinin davamı olacaq”, - deyə agentlik Fransa liderinin administrasiyasının bəyanatından sitat gətirib. Məlumatda dövlət başçılarının Ukrayna münaqişəsini, Yaxın Şərqdəki vəziyyəti, ticarət məsələlərini, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığı, eləcə də iqlim məsələlərini müzakirə edəcəkləri qeyd edilib.

AFP qeyd edir ki, Si Cinpinq Parisdən əlavə Fransanın cənub-qərbində yerləşən Yuxarı Pireney bölgəsinə də səfər edəcək. Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib ki, Çin Xalq Respublikasının sədri mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfərlər edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »