Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sevgi hormonu", "sədaqət hormonu"... "Genetik ötürülən hormonlar davranışımızı təyin edir" - Video
"Sevgi hormonu", "sədaqət hormonu"... "Genetik ötürülən hormonlar davranışımızı təyin edir" - Video

“Oksitosinə elmi dildə "sevgi hormonu" deyirlər. Analar öz uşaqlarına süd verəndə onların beyinlərində oksitosin yaranır. Süd verməyən analar uşaqlarını ata bilər, ona qarşı münasibətdə kəskin ola bilərlər.

Belə olan halda bağlılıq az yaranır. Oksitosinin yaranmasına səbəb xoş münasibət, qayğı, diqqət və insanı başa düşmək, anlamaqdır. Bəzən hətta ola bilər ki, bizi anlayan adam var, bizi başa düşən adam var, diqqət göstərən adam var, amma o adama qarşı oksitosin yoxdur. O zaman o adamı sevmək mümkün olmur, sevə bilmirsən”.

Bu barədə Bizimyol.info xəbər portalına Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov danışıb. Həkimin sözlərinə görə, sədaqət hormonu vazopressin adlanır.

Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov / Foto: İradə Cəlil, Bizimyol.info Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov / Foto: İradə Cəlil, Bizimyol.info

“Beynində vazopressin ifraz olunursa, belə adamlar sədaqətli olurlar. Bu şəxslər dövlətinə sədaqətlidirlər, dostuna sədaqətlidirlər, həyat yoldaşına sədaqətlidirlər. Əgər vazopressin azdırsa, həmin adamlar dostuna da, sevgilisinə də sədaqətsizdir.

Bu, genetik olan bir vəziyyətdir. Bizim davranışlarımız və hormonlarımızın miqdarı atamızdan və anamızdan aldığımız genlərin hesabına tənzim olunur. Yəni bu genlərin hesabına bizim hansısa davranış formamız var, biri emosionaldır, biri soyuqqanlıdır, biri təmkinlidir. Bunu artırmaq azaltmaq olmaz”-deyə həkim əlavə edib.

Qalib Əsədov əlavə edib ki, uşaq genlərin yarısını atadan, yarısını anadan alır.

Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədovun mövzu ilə bağlı ətraflı müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »