Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nevroz" nədir, əlamətləri nələrdir, hərbi xidmətə və ya evlənməyə mane olurmu... - Video
"Nevroz" nədir, əlamətləri nələrdir, hərbi xidmətə və ya evlənməyə mane olurmu... - Video

"Bu gün tibbdə “nevroz” terminindən demək olar ki, istifadə olunmur. 50-ci, 60-cı illərdən bu son dövrlərə qədər “nevroz” deyirdilər. İndi bu xəstəlik “insanın sinir sistemli davranışlarının pozulması” adlanır".

Bu barədə Bizimyol.info xəbər portalına Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov müsahibəsində danışıb. Həkim-nevroloq bildirib ki, nevrozun hərbi xidmətə, əsgərliyə getməyə heç bir maneəsi yoxdur.

Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov / Foto: İradə Cəlil, Bizimyol.info Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov / Foto: İradə Cəlil, Bizimyol.info

Qalib Əsədovun sözlərinə görə, bu gün 90 faiz insanlarda nevroz var.

Nevrozun ailə həyatına təsiri ilə bağlı həkim qeyd edib ki, ailə qurmaq xarakter xüsusiyyətləri, davranış, tərbiyə və sevgi ilə bağlıdır.

“Nevroz elə ciddi bir xəstəlik deyil ki, ailə qurmağa mane olsun. Hətta mən deyərdim ki, bəzən nevroz və əsəbləri gərgin olan insanlar uğurlu şəkildə ailə quranda, ailədə xoşbəxt olanda o xəstəlik dərmansız öz-özünə sağalır. İnsan xoşbəxtdirsə, artıq özünü yaxşı hiss edəcək. İnsanda pozitiv emosiya mərkəzi və neqativ emosiya mərkəzi var. Normal halda bu ikisi balans təşkil edir. Digər pozitiv emosiya mərkəzində müsbət istiqamətdə artış çox olanda insan özünü həddindən çox xoşbəxt hiss edir, oynayır, rəqs edir, gülür”-deyə həkim vurğulayıb.

Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədovun nevroz haqqında ətraflı müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »