Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Yaxın Şərq və Şimali Afrikada təlim missiyalarının yaradılması ideyasını araşdırır
NATO Yaxın Şərq və Şimali Afrikada təlim missiyalarının yaradılması ideyasını araşdırır

NATO Yaxın Şərq, Şimali Afrika və Sahel bölgəsi regionu üçün yeni strategiya üzərində işləyir, eləcə də alyans bir sıra ölkələrdə təlim və məsləhət missiyalarının açılması imkanlarını araşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, bu regionların əksər dövlətlərində ikili standartlarla fəaliyyət göstərən təşkilat kimi qəbul edilən NATO onlarla siyasi və diplomatik dialoqu gücləndirmək istəyir. Nəşr qeyd edir ki, missiyalar alyans tərəfdaşlarının istəyi ilə yerləşdirilə bilər. Qəzetin diplomatik mənbələrə istinadən yazdığına görə, hazırda İordaniya və Mavritaniya bu fikrə müsbət yanaşır.

Nəşr Qərbin Sahel bölgəsində hərbi yardım missiyalarının çox şübhəli nəticələri olduğunu aydınlaşdırsa da, orada Rusiya və Çinin təsirinə diqqət çəkir. NATO hesab edir ki, təşkilatın təhlükəsizliyi Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətlə sıx bağlıdır, materialda deyilir. "Xüsusilə, qeyri-sabitlik həssas əhalinin yerdəyişməsinə və miqrasiya təzyiqinə səbəb olur", - deyə "El País" yazır.

Qəzet qeyd edir ki, bu baxımdan alyans çağırışlara cavab vermək üçün yeni yanaşmalar axtarır. O, NATO-nun belə missiyaların yaradılmasını tövsiyə edən müstəqil ekspertlərin hesabatını sifariş etdiyini də açıqlayır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »