Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər Saturnun peykində 5-15 milyon il yaşı olan "gənc" okean aşkar ediblər
Alimlər Saturnun peykində 5-15 milyon il yaşı olan "gənc" okean aşkar ediblər

Paris Rəsədxanasının alimləri Saturnun peyki Mimasın buzlu qabığının altında gənc okean aşkar ediblər. Onum cəmi 5-15 milyon il əvvəl formalaşdığı güman edilir.

Bizimyol.info xəbər verir ki, “Nature” jurnalında dərc olunan araşdırmada deyilir ki, bu kəşf Miması elm adamları üçün daha çox maraq cəlb edib.

Peyk həyatın yaranmasına səbəb ola biləcək şərtləri öyrənmək üçün bir yerə çevrilib. Məlum olduğu kimi, Yer kürəsinin ilk canlı orqanizmləri milyardlarla il əvvəl məhz ilkin sularda yaranıb: “Bu, günəş sistemində maye su tapmaq üçün ən az ehtimal olunan yerdir. Peyk köhnə və qeyri-aktiv görünür və çoxlu sayda kraterlərə malikdir. İndiyə qədər heç bir araşdırma onun üzərində okeanın varlığını ortaya qoymayıb”, – deyə Paris Rəsədxanasından astronom Valeri Laney paylaşımında qeyd edib.

Bildirilir ki, okeanın mövcudluğu Mimasın daxilində buzları suya çevirən güclü istilik mənbəyindən xəbər verir. Üstəlik, maye su bu buzlu ayın yarısından çoxunu təşkil edir. Kəşf NASA-nın "Cassini" kosmik gəmisinin təqdim etdiyi şəkillərin təhlili nəticəsində edilib. O, 2004-2017-ci illərdə Saturnu və onun peyklərini tədqiq edib. Mimasın planetin orbitində yırğalanmasını müşahidə edərək, alimlər onun ya yeraltı okeanı, ya da reqbi topu şəklində nüvəsi olduğu qənaətinə gəliblər.

Son araşdırmalar göstərib ki, Mimasın fırlanması zamanla dəyişib. Bu, "Cassini"nin müşahidələrini obyektin daxili və orbitinin simulyasiyaları ilə birləşdirməyə imkan verib. Nəticələrə görə, həqiqətən də peykin səthinin 20-30 kilometr dərinliyində okean olduğu müəyyən edilib.

Alimlər deyirlər ki, suyun qayalı nüvə ilə təması "həyata yol aça bilər". Bununla belə, okean hələ kifayət qədər gəncdir və buna görə də orada artıq həyatın olduğuna dair heç bir zəmanət yoxdur. Alimlər köhnə məlumatları yoxladıqdan sonra Saturnun peyki Enceladus "daha qonaqpərvər" görünür. Onların fikrincə, göy cismində daha çox üzvi molekullar aşkar edilib.

Tezliklə Saturnun halqaları görmə sahəmizdən yoxa çıxmağa başlayacaq. Bu, planetin orbitində əyilməsi səbəbindən baş verəcək. Saturnun əyriliyi 23 mart 2025-ci ildə sıfıra enəcək. Saturnun halqaları nəhəng olsa da (ümumilikdə onlar 30 Yerə bərabər bir ərazini əhatə edir), olduqca nazikdirlər. Əksər yerlərdə onların qalınlığı 100 metrdən azdır.

Bildiyiniz kimi, Saturn rəsmi olaraq günəş sistemində ən çox peykə malik planet kimi tanınır - hazırda onlardan 145-i məlumdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »