Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə lirənin dəyər itirməsi hansı nəticələrə səbəb ola bilər
Türkiyədə lirənin dəyər itirməsi hansı nəticələrə səbəb ola bilər

“Wells Fargo” iqtisadçısı Brendan Mc Kennanın proqnozlarına görə, Türk lirəsinin növbəti böyük dəyər itirilməsi ehtimalı var. İqtisadçı hesab edir ki, uzunmüddətli perspektivdə iqtisadi meyllər və pul siyasəti dəyişmədikcə, lirə böyük dəyər itirə bilər.

“Lirə ən azı 2024-cü ilin ortalarına qədər dəyər itirəcək”-deyən iqtisadçı bildirib ki, 2024-cü ilin ortalarında isə 24,50 TL-yə çatacaq.

İqtisadçının fikrincə, buna səbəb isə, uzunmüddətli perspektivdə valyuta ehtiyatlarının tükənməsi və pul siyasətinin istiqamətinin dəyişməz qalmasıdır. May ayının əvvəlində JPMorgan-ın iqtisadçıları tərəfindən hazırlanan Avropa, Yaxın Şərq və Afrika (CEEMEA) Strategiya Hesabatında yer alan qiymətləndirməyə görə isə, dolların məzənnəsi 30 TL olacaq.

İqtisadçı, alim Emin Qəribli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə iqtisadiyatı tarix boyu prinsip etibarı ilə ixracata yönələn iqtisadiyyat olub. İqtisadçının sözlərinə görə, Türkiyə iqtisadiyyatının əsas problemlərindən biri odur ki, səviyyə balansında enerji daşıyıcılarının qiymətlərindən asılı olan bir iqtisadiyyatdır.

Emin Qəribli Emin Qəribli

“Türkiyə iqtisadiyyatı əvvəllər də, indi də liberal yönümlü iqtisadiyyat olub. Biz Türkiyə iqtisadiyyatının tarixinə baxsaq, görərik ki, hər zaman devalvasiyalar olub. Devalvasiyalarla yanaşı iqtisadi inkişaf, iqtisadi artım da müşahidə olunub. İxracat da kifayət qədər zəngindir. Əvvəllər, Rəcəb Tayyib Ərdoğan hakimiyyətindən öncə, əgər Türkiyə ixracatı ancaq tekstil, pal-paltar, tikotaj yönümlü ixtisaslşamış iqtisadiyyat idisə, indi görürük ki, iqtisadiyyat şaxələnib, yeni avadanlıqlar, avtomobillər, maşınlar və s. ixrac etməyə başlayıb. Yəni mövcud vəziyyət Türkiyə iqtisadiyyatının səciyyəvi xüsusiyyətlərindəndir”- deyə alim bildirib.

Türkiyədə dolların bahalaşması məsələsinə gəldikdə isə, Emin Qəribli bildirib ki, bütün dünyada olduğu kimi Türkiyədə də prezident seçkiləri öncəsi, müəyyən problemlər vardısa, onları saxlayırdılar. Seçkidən sonra isə, problemləri saxlamaq mümkün olmadığı üçün dollar artmağa başladı.

“Burada mən təhlükəli heç nə görmürəm. Digər tərəfdən buna rəğmən Mərkəzi Bank da, uçot dərəcələrini aşağı salır və yaxud eyni səviyyədə saxlayıb, artırmır. Bu maraqlı siyasətdir və cənb Rəcəb Tayyib Ərdoğanın iqtisadi siyasətinin nəticəsi, konsepsiyasıdır”- deyən Emin Qəribli hesab edir ki, Türkiyə uzun müddətdir ki, bu tipli inkişafa öyrəşib və burada ciddi bir problem müşahidə edilmir.

Azərbaycan iqtisadiyyatı ilə bağlı danışan alim qeyd edib ki, Azərbaycan iqtisadiyatında neftin qiymətinin artımı müşahidə edilir.

“Azərbaycan da valyuta ehtiyatları artıb. Neftin qiymətinin artıb”-deyə iqtisadçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »