Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təbrizdə Ermənistana konsulluq açmağa şərait yaradan İran, Azərbaycanın mövqeyinə həssas yanaşmalıdır"
"Təbrizdə Ermənistana konsulluq açmağa şərait yaradan İran, Azərbaycanın mövqeyinə həssas yanaşmalıdır"

"İranın Təbriz şəhərində Ermənistanın konsulluğunun açılması hər iki tərəfin Xarici İşlər Nazirliyinin tərəfindən razılaşdırılıb və artıq hər iki tərəfin siyasətçiləri Təbrizdə Ermənistan konsulluğu açacağı barədə konkret fikirlər söyləyirlər. Bu, siyasi baxımdan iki ölkənin daxili işləridir. Təbii olaraq, ölkələr hansı şəhərində digər ölkənin konsulluğunun açmasını özü müəyyən edir və iki ölkə buna razılaşır".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, Təbriz Cənubi Azərbaycanın paytaxtı olub və kütləvi sürətdə İranda yaşayan soydaşlarımızın yaşadığı yerdir. Eyni zamanda İranın ən böyük şəhərlərindən biridir. Təbriz şəhərinin simvolik bir mənası da var.

Vüqar İskəndərov Vüqar İskəndərov

“İran və Ermənistan konsulluğun açılmasının Azərbaycana xoş gəlmədiyini bilir. Biz İranla Ermənistanın indiyə qədər olan güclü münasibətlərini də bilirik. Hər birimizə bəllidir. Hansı proseslərin baş verdiyindən xəbərdarıq.

Azərbaycan tarixi torpaqlarını düşmən işğalından azad etdikdən sonra da İranın bu və digər formada siyasətində Azərbaycana qarşı olan tərəflərin Azərbaycan qələbəsinin həzm etmədiyi görünürdü. Son zamanlar Azərbaycan və İran arasında münasibətlər qismən səngiməyə doğru gedib. İranda səfirliyimizə qarşı terror törədilməsi, hətta həmin terrorçunun məhkum edilməsi və iki ölkə xarici işlər nazirlərinin fikirlər söyləməsi müsbət qarşılanmalıdır”-deyə deputat bildirib.

Deputatın fikrincə, Təbrizdə Ermənistan konsulluğunun açılması hüquqi və siyasi baxımından iki ölkənin daxili işləri olsa da xüsusi "anlam" baxımından bizi məyus edir.

“Şəxsən mən öz adımdan deyə bilərəm ki, istəməzdim ki, Ermənistan Respublikasının Təbrizdə konsulluğu olsun. Amma bu qərar artıq iki ölkənin verdikləri qərardır. Düşünürük ki, İran bu məsələlərə çox diqqətli yanaşmalı, həssas məqamlara fikir verməlidir. Tehranda Azərbaycanın səfirliyinin açılması ilə bağlı bütün lazımlı hüquqi addımlar atmalıdır. Təbrizdəki, konsulluğumuzun da fəalliyəti tam sərbəst və geniş şəkildə aparılmalıdır. Bunun üçün də İran dövləti üzərinə düşən vəzifələri yerinə yetirməlidir”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »