Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
GameSummit Summer 2024 çərçivəsində oyun həvəskarlarını yeni çempionatlar gözləyəcək
GameSummit Summer 2024 çərçivəsində oyun həvəskarlarını yeni çempionatlar gözləyəcək

Daha əvvəl elan edilmiş PUBG Mobile çempionatına əlavə olaraq, GameSummit komandası eyni anda bir neçə çempionat elan edir. Oyunlar xarici və yerli oyunçular arasında populyarlığına görə seçilib.

Çempionatlar aşağıdakı istiqamətlər üzrə keçiriləcək:

  • Valorant

  • CS2

  • Lol

  • Dota 2

  • Fortnite

  • EA FC24

  • E-futbol

  • UFC 5

  • Tekken 8

Çempionatlara qeydiyyat həm xüsusi blanklar vasitəsilə, həm də tədbirin özündə aparılacaq.

Yuxarıda göstərilən oyunlardan başqa, AzDimension oyun studiyası elan edilməmiş oyun üçün çempionat keçirəcək və qeydiyyat festival çərçivəsində baş tutacaq.

Tizeri aşağıdakı ekrandan izləyə bilərsiniz:

GameSummit Summer 2024 artıq Azərbaycanda üçüncü belə tədbirdir və hər dəfə keçiriləndə regionda böyük tədbirə çevrilir. Festival video oyunlara və müasir əyləncə formalarına sevgini ifadə etmək üçün platforma təqdim edir. Tədbir müstəqil tərtibatçılarına istedadlarını nümayiş etdirmək, peşəkarlar və oyunçularla əlaqə qurmaq üçün bir yer verir.

Festival 2 gün - 1 və 2 iyun tarixlərində Baku Crystall Hall-da davam edəcək.

Biletləri bu linkdən əldə etmək olar: https://iticket.az/events/other/game-summit-summer-2024

Qeyd edək ki, Bizimyol.info xəbər portalı GameSummit Summer 2024 oyun festivalının rəsmi media tərəfdaşıdır.

Son xəbərlər
Bütün xəbərlər »