Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanğın zamanı ölən erməni əsgərlərinin yaxınları İrəvanda aksiya keçiriblər
Yanğın zamanı ölən erməni əsgərlərinin yaxınları İrəvanda aksiya keçiriblər

Bu gün səhər saatlarında Ermənistanın Qeqarkunik rayonunun Azat kəndindəki müvəqqəti kazarmada baş verən yanğın nəticəsində ölən əsgərlərin valideynləri və yaxınları İrəvan şəhərinin Respublika meydanında Ermənistan hakimiyyətindən insidentlə bağlı obyektiv araşdırma aparmağı tələb edərək etiraz aksiyası keçirirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat verir.

“Biz baş verənlərlə bağlı rəsmi versiyaya inanmırıq, onlar bu problemi həll etməsələr, biz başqa tədbirlər görəcəyik”, - deyə həlak olan hərbçilərdən birinin atası bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilmiş versiya çərçivəsində iş üzrə heç bir real araşdırma aparılmır. Kişi övladlarının xarici qüvvələr tərəfindən öldürüldüyünü istisna etmir və "bu, işin hərtərəfli araşdırılmasına əsas maneə olur" deyə bildirib.

Aksiyanın digər iştirakçısı qeyd edib ki, Ermənistanın Nikol Paşinyanla görüşdə onlar baş nazirə 23 sual veriblər, o, yalnız üç suala cavab verə bilib: “Necə oldu ki, yanğın zamanı 15 uşaq yanıb, bir nəfər də çölə çıxa bilməyib, bu, o deməkdir ki, onlara nəsə edilib...”, - deyə o qeyd edib.

Məhkəmədə zərərçəkmişlərin maraqlarını təmsil edən vəkil Norayr Norikyan jurnalistlərə bildirib ki, bir sıra açıqlanmayan hallar olduğu üçün istintaq hələ də davam edir. Yanğın baş verən gün ərazidə və ya yaxınlıqda olmuş bəzi şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün vəsatət verilib. Lakin hələlik heç bir addım atılmayıb, deyə vəkil əlavə edib.

Qeyd edilir ki, 2023-cü il yanvarın 19-na keçən gecə Qeqarkunik rayonunun Azat kəndində mühəndislik şirkətinin müvəqqəti kazarması kimi fəaliyyət göstərən evdə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3 hərbçi yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, fövqəladə vəziyyətə səbəb istilik üçün benzindən istifadə edilməsi olub. Hadisədən sonra 5 yüksək rütbəli hərbçi tutduqları vəzifələrdən - 2-ci Ordu Korpusunun demək olar ki, bütün komandanlığı da vəzifədən azad edilib. Yanğınla bağlı 2 cinayət işi başlanıb: 532-ci maddənin 4-cü hissəsi (Silah, döyüş sursatı, hərbi texnika və ya digər hərbi əmlakla davranış qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi (səhlənkarlıq insan ölümünə səbəb olduqda).

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »