Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mülki vətəndaşlarımızı müharibə dövründə raketlə, müharibədən sonra da mina ilə hədəfə aldılar"
"Mülki vətəndaşlarımızı müharibə dövründə raketlə, müharibədən sonra da mina ilə hədəfə aldılar"

“Azərbaycanın mülki əhalisi, demək olar ki, hər gün Ermənistan tərəfindən yerləşdirilmiş milyonlarla mina ilə üzləşir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. Hikmət Hacıyev qeyd edib ki, 2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərər çəkib. Onlardan 65-i həlak olub. Ümumilikdə, 1991-ci ildən bu günə kimi 3435 nəfər minadan zərərçəkib. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müharibə gedən ərazilərdə hər zaman minaların yerləşdirilməsi ilə bağlı müəyyən problemlər olub və olacaq: "Bu problemlər təəssüflər olsun ki, Azərbaycan ərazilərində də olub. Həm birinci Qarabağ müharibəsində, həm də 2020-ci ilin Vətən müharibəsində Azərbaycan ərazilərində minalar yerləşdirilib.

Azərbaycan vətəndaşları minalardan zərər çəkib. Həm 90-ci illərin əvvəllərində, həm də 2020-ci il ərəfəsində, yəni 90-cı illərin əvvəllərindən başlayaraq, xüsusilə də 2020-ci ildə ərazilərimizi işğalçılardan təmizlədikdən sonra da biz minalardan zərər çəkən xalq olaraq, bəlkə də dünyada reytinq cədvəli qursalar, ən öndə gedən xalqlardan biriyik. Çox təəssüf ki, bu məsələ həm beynəlxalq təşkilatların, həm də dünya dövlətlərinin diqqətindən kənarda qalır".

Ramiz Alıyev Ramiz Alıyev

Politoloq vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlar və bəzi dövlətlər o minaları ora basdıran və mülki vətəndaşların həlak olmasına səbəb olan dövlət qınaq obyektinə çevrilmir. Əksinə, həmin terrorçu dövləti və terrorçu xalqı dəstəkləməklə məşğuldur.

"Azərbaycan ərazilərində minaların basdırılması ilə bağlı xəritələr var və o xəritələrin Azərbaycana verilməsi ilə bağlı razılaşma olmuşdu. Təəssüflər olsun ki, o razılaşmaya tam əməl olunmur və ya yanlış xəritələr verilir, ya da xəritələrin verilməsindən imtina olunur. Beləliklə, Azərbaycan vətəndaşları 2020-ci il 10 noyabr tarixində 2024-cü ilin aprel tarixinə qədər 356 Azərbaycan vətəndaşı minadan zərər çəkib. Təəssüflər olsun ki, həmin şəxslərdən 65 nəfəri həlak olub, 290-dan çoxu xəsarət alıb. Həlak olanların 50 nəfəri mülki vətəndaşdır. Bu da heç bir müharibə qaydalarına uyğun deyil. Bilirsiniz ki, mülki vətəndaşlar müharibə gedən ərazilərdən həmişə kənar tutulub.

Eyni zamanda müharibədən uzaq tutulmaqla yanaşı, mülki vətəndaşların zərər görməməsi üçün hər iki tərəf müəyyən addımlar atır və atmalıdır. Ancaq qeyd olunduğu kimi ermənilər və Ermənistan dövləti, bütün dönəmlərdə mülki vətəndaşları hədəf götürməklə və mülki vətəndaşlara qarşı Gəncə, Bərdə, Tərtər, Tovuz və digər ərazilərdə terror törətməklə yanaşı, mina məsələsində də mülki vətəndaşlara böyük zərər vurdular. Bunun nəticəsində onlarla mülki vətəndaşlarımız həlak oldu. Onların arasında uşaqlar da, qadınlar da var. Bu kimi halların baş verməməsi üçün əlbəttə ki, insanlıq anlayışı olmalıdır.

Əslində bu minalar basdırılanda, bunu basdıran dövlət və həmin dövlətin orqanları bilirlər ki, burada mülki vətəndaşlar öz heyvanlarını otlaqlara gətirirlər. Onlar məqsədli şəkildə həmin ərazilərə və xüsusilə də, işğaldan azad olunmuş ərazilərdə olan qəbiristanlıqlara minalar basdırmaqla çalışıblar ki, insanlar həmin ərazilərə qayıdarkən minaya düşsünlər. Bilirsiniz ki, insanlar öz yurd yuvalarına qayıdan zaman ilk baş çəkdikləri ərazilər qəbiristanlıqlar olur ki, öz yaxınlarını ziyarət etsinlər. Bütün bunlar onu göstərir ki, Ermənistan dövləti və erməni xalqı vəhşiliyə meyllidir. İnsanların həlak olunmasından həzz alan bir dövlətdən, bir xalqdan nə gözləmək olar ki? Bu vəziyyət çox təəssüfləndiricidir”-deyən politoloq hesab edir ki, istər Birinci Qarabağ müharibəsi dövründə, istərsə də İkinci Qarabağ müharibəsi dövründə ermənilər sanki Azərbaycan ordusu ilə mübarizə aparmaqdan çəkinərək, sadəcə mülki vətəndaşları hədəfə almışdılar.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »