Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken Yaxın Şərq səfəri zamanı Netanyahu ilə Qüdsdə görüşüb
Blinken Yaxın Şərq səfəri zamanı Netanyahu ilə Qüdsdə görüşüb

İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinken hökumət başçısının Qüdsdəki ofisində görüşüblər.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

Verilən məlumata görə, söhbət bağlı qapılar arxasında gedir.

Daha sonra İsrail tərəfinin strateji planlaşdırma naziri Ron Dermer, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və bir sıra digər yüksək rütbəli rəsmilərin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak edəcəklər.

Blinken Yaxın Şərq turu çərçivəsində İsrailə səfər üçün aprelin 30-da axşam gəlib. Bundan əvvəl o, İordaniya və Səudiyyə Ərəbistanında olub. ABŞ dövlət katibinin regiondakı təmasları ilk növbədə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan israilli girovların azad edilməsi və orada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə etmək cəhdləri ilə bağlıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »