Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərxoş halda bizonu təpikləyən şəxs həm yaralanıb, həm də həbs edilib
Sərxoş halda bizonu təpikləyən şəxs həm yaralanıb, həm də həbs edilib

"Yellowstone" Milli Parkında spirtli içkinin təsiri altında ikən bizonun ayağına təpik vurduğu iddia edilən şəxs həm heyvan tərəfindən yaralanıb, həm də park mühafizəçiləri tərəfindən saxlanılıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ-nın Aydaho, Vayominq və Montana ştatlarının sərhədlərinin kəsişdiyi sahədə yerləşən dünyanın ilk Milli Parkında qəribə insidet baş verib.

Bir şəxsin bizon sürüsünə hücum etdiyi və bizonun ayağına təpik vurması xəbərini alan park mühafizəçiləri əraziyə gediblər. Şübhəlinin avtomobili Qərb Girişinin yaxınlığında olub və şəxs Montana ştatının Vest Yellovstone şəhərində saxlanılıb.

Xəsarət alan şəxs müalicə üçün xəstəxanaya göndərilsə də, xəsarətin necə olması ilə bağlı təfərrüatlar açıqlanmayıb. Milli Park Xidmətinin məlumatına görə, adam Aydaho şəlaləsi yaxınlığında bir bizona təhlükəli şəkildə yaxınlaşıb və onu təpiklədikdən sonra heyvanın hücumuna məruz qalaraq xəsarətlər alıb.

Həmin şəxs “özünü təhlükəyə atacaq dərəcədə spirtli içkinin təsiri altında olması, təhlükəli vəziyyət yaradan və ya saxlayacaq qaydada nizam-intizam pozması, vəhşi təbiətə yaxınlaşması və heyvanlar aləmini narahat etməsi” səbəbindən saxlanılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »