Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ilə Yunanıstan arasındakı müsbət atmosfer ticarətə də təsir göstərir
Türkiyə ilə Yunanıstan arasındakı müsbət atmosfer ticarətə də təsir göstərir

Türkiyə-Yunanıstan münasibətlərində bir müddətdir davam edən müsbət atmosfer hər sahədə öz təsirini göstərir. İki ölkə arasında ticarət əlaqələrində artım nəzərə çarpır.

Bizimyol.info xəbər verir ki, Yunanıstanın “ProtoThema” qəzeti türk şirkətlərinin Yunanıstandakı investisiyalarına diqqət çəkib.

"Türkiyə-Yunanıstan münasibətlərindəki müsbət proses hər sahədə olduğu kimi ticarətə də əməkdaşlıq atmosferi və bahar abu-havası gətirir. Qarşılıqlı münasibətlər etimadın artmasına şərait yaradır", - deyə Yunanıstanın Türkiyə ilə Yunanıstan arasındakı ticarət əlaqələrinə diqqət çəkən "ProtoThema" qəzeti verdiyi məlumatda qeyd edib.

Xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Afinaya səfəri zamanı iki ölkə liderlərinin qarşıya qoyduğu 10 milyard dollarlıq ticarət həcminin hədəfi xatırladılıb. Bunun iki ölkə arasında kommersiya fəaliyyətini sürətləndirəcəyin və hədəfə sürətlə yaxınlaşmaq yolunda körpü olacağını vurğulanıb.

Türk şirkətlərinin Yunanıstanda yüzlərlə filial açdığı bildirilən xəbərdə: "Türk şirkətləri Yunanıstanda enerjidən pərakəndə satışa, daşınmaz əmlakdan turizmə, balıqçılıqdan sənayeyə qədər hər sahədə iş qurmağa davam edirlər", - deyə şərh edilib.

Xəbərə görə, Yunanıstan Türkiyədən məhsul alan ölkələr arasında 10-cu yerdədir. Eyni zamanda, bildirilir ki, Yunanıstan məhsulları idxal edən ölkələr arasında isə Türkiyə beşinci yerdədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »