Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə yeni hökumət kabineti Azərbaycanla münasibətlərə yenilik gətirəcəkmi?
Türkiyədə yeni hökumət kabineti Azərbaycanla münasibətlərə yenilik gətirəcəkmi?

Rəcəb Tayyib Ərdoğanın son 5 illik Azərbaycan siyasəti və müharibə dövründəki siyasəti Azərbaycan dövləti, Azərbaycan xalqı, Qarabağ məsələsinin həlli istiqamətində, ümumiyyətlə Azərbaycanın beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində xüsusi bir dönəmi ehtiva edir. Türkiyyə hər zaman Azərbaycanı davamlı dəstəkləyib. Müstəqillikdən bu günə qədər ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq aləmdə tanınması xarici siyasətini dəstəkləməsi istiqamətində Türkiyə və hakimiyyətdə kimin olmasının aslı olmayaraq, Azərbaycanı dəstəkləyib. Ancaq bu Ərdoğanın son illərdəki fəaliyyəti çərçivəsində daha da güclənib və faktiki müəyyən fəaliyyətlərlə özünü göstərib. Ərdoğanın təkrar seçilməsi və Türkiyə xarici siyasətinin Ərdoğanın yeni hökümətinə davam etməsinin bizim üçün bir neçə mənası var.

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Nazim Cəfərsoy danışıb. Onun sözlərinə görə, bu mövcud xarici siyasətin davam etdirilməsi baxımından çox həyatı əhəmiyyətə sahibdir. Çünki bu siyasət Azərbaycana, Qarabağa, Rusiya ilə münasibətlərə, yönəlib. Bu siyasət davam edəcək və daha da inkişaf etdiriləcəyini düşünmək mümkündür.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

“Hakan Fidanın Xarici İşlər Naziri kürsüsündə oturması ilə, əslində daha əvvəl koordinasiyalı şəkilində davam edən proseslər yenə həmin ardıcıllıqla davam edəcək. Bunun bir neçə əhəmiyyəti var. Əvvəla ona görə ki, bilirsiz zaman baxımından kritik bir zamandır. Azərbaycan hazırda sülh danışıqları prosesindədir. Azərbaycan üçün zaman baxımından bu dövr çox kritik əhəmiyyətə malikdir. Ərdoğan hakimiyyətinin davam etməsi, zamanın itirilməməsi baxımından və gərəkli anda gərəkli koordinasiyanın saxlanılması, gərəkli həmlələrin edilməsi anlamında mühüm əhəmiyyət kəsb edir.

Bu məsələyə bu şəkildə baxdığımız zaman mövcud hakimiyyətin davam etməsi, Azərbaycanı zaman baxımından risklərini minimalizə edir və əvvəldən qurulan koordinasiyanın davam etməsini saxlayır. Biz önümüzdəki dönəmdə cənab İlham Əliyevlə cənab Ərdoğan arasında həm cənab Bayramovla cənab Hakan Fidan arasında dialoqun davam etdiriləcəyini təxmin edə bilərik”-deyən şərhçi vurğulayıb ki, ikinci əsas məqam ondan ibarətdir ki, Türkiyə Ərdoğan dönəmində, son 3 ildə Ermənistan siyasətini Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirirdi. Yəni sülh danışıqlarındakı proses necə davam edirdisə, hansı ardıcılığla gedirdisə, Türkiyə Azərbaycanla koordinasiyalı çəkildə davam edirdi.

Nazim Cəfərsoyun fikrincə, indi də, həmin siyasi kursun davam edəcəyini düşünmək mümkündür.

“Yəni Türkiyə prosesləri Ermənistan və Azərbaycanla münasibətlərində gəldiyi nöqtə üzərindən davam etdirəcək. Sülh danışıqları müzakirələri, bu proseslərdə Türkiyənin Azərbaycanla bərabər oynadığı rolu daha da, inkişaf etdirərək, davam edəcəyini düşünmək mümkündür”-deyən şərhçinin firkincə, digər məqam isə odur ki, son zamanlar sülh danışıqları daha da sürətlənib. Bu fonda Azərbaycanla Ermənistan arasında olan proseslərə Türkiyənin daxil olması ehtimalı da artır. Onun sözlərinə görə, Ankaraya Paşinyanın dəvət edilməsi, Paşinyanın da o toplantıya getmiş olması, Ankarada o mühitin yaradılması da bir işarədir.

Paşinyanın Ərdoğan seçiləndən sonra münasibətlərin normallaşması istiqamətində açıqlamalar verməsi, yenə Ermənistandan başda qondarma soyqırımı iddiaları olmaqla, müsbət mesajların gəlməsi əslində göstərir ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdəki müəyyən əngəllər qalxma prosesindədir. Bu da önümüzdəki dönəmdə Türkiyə-Azərbaycan-Ermənistan arasında 3-lü formatlı bir müzakirə formatının gündəmə gəlməsini və ya Türkiyə-Rusiya-Azərbaycan-Ermənistanın daxil olduğu 4-lü formatın gündəmə gəlməsinə səbəb ola bilər.

Cəfərsoyun fikrincə, əslində Avropa birliyi çərçivəsində 5-li formatın Kişinyovda olması buna qapı da açır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »