Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusofobiya dünyaya heç bir xeyri olmayan bir düşüncə tərzidir" - Video
"Rusofobiya dünyaya heç bir xeyri olmayan bir düşüncə tərzidir" - Video

“Rusiyafobiya uzun illər bütün dünyada, xüsusilə Rusiyanın mövcud olması və böyüməsi, imperiya dövrləri, bu dövrlərə paralel olaraq ortaya çıxmış bir məsələdir. Güclü dövlətlər və rəqib dövlətləri arasında qarşılıqlı düşmənliklər tarix boyunca mövcud olmuşdur. Son illərdə də, xüsusilə ABŞ-ın başını çəkdiyi NATO-nun çərçivəsində NATO perspektivi ilə konsolidasiya etdiyi NATO ölkələrində də Rusiyaya qarşı düşmənlik gedərək artmaqdadır”.

Bu barədə Bizimyol.info xəbər portalına Krım Tatar Dərnəkləri Federasiyasının sədri, Krım Kalkınma Vəqfinin başqanı Ünver Sel danışıb.

Ünver Sel hesab edir ki, bu, əslində millətlər arasında düşmənlik və bəşəriyyətdə mövcud ola biləcək sülhə, dünyadakı millətlərin bir yerdə yaşama arzusuna böyük bir zərbədir.

“Biz də Türkiyədə Krım tatarı olaraq yetişdirildiyimiz zaman, uşaqlıq və gənclik illərimizdə bizə də rusofobiya təsirləri var idi. Daha sonra biz özümüz fikirləşməyə, öyrənməyə başladıqdan sonra rusiyafobiyaya qarşı düşüncələrimiz dəyişdi. Belə bir hadisənin yanlış ola biləcəyi fikri əmələ gəldi. Heç vaxt heç bir millət digər bir millətə düşmənliklə qarşılıq verməməlidir. Bu bir ənənə olaraq əsrimizin düşüncələrinə və inanclarına qarşıdır”,- deyə Ünver Sel vurğulayıb. Onun sözlərinə görə, belə bir fikir, dinlərarası dialoq, millətlərarası dialoq və millətlərarası münasibətlərə zərər verən bir məsələdir.

Ünver Sel hesab edir ki, rusofobiya dünyaya heç bir xeyri olmayan bir düşüncə tərzidir və təhlükəli şəkildə irəliləyir.

“Rusofobiya ən son tətbiq edildiyi məsələ, bütün Qərb ölkələrinin rusofobiya ilə hərəkətə keçib ukraynalıları ruslara qarşı düşmən etməsi və beləcə müharibəyə gətirib çıxarmasıdır”-deyə vəqf rəhbəri qeyd edib.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »