Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ABŞ əsgərini həbs edib - Dövlətlər arasında gərginlik arta bilər
Rusiya ABŞ əsgərini həbs edib - Dövlətlər arasında gərginlik arta bilər

Rusiyada bir ABŞ əsgərinin oğurluq ittihamı ilə saxlanıldığı açıqlanıb və məhkəmə onun iyulun 2-dək həbs olunmasına qərar verib.

Bizimyol.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Cynthia Smith verdiyi açıqlamada bir ABŞ əsgərinin mayın 2-də Rusiyada saxlanıldığını açıqlayıb.

Spiker Smith: "Rusiya ABŞ Dövlət Departamentini Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyasına uyğun olaraq saxlanması barədə məlumatlandırıb. Ordu onun ailəsinə xəbər verib. ABŞ Dövlət Departamenti Rusiyadakı qoşunlara müvafiq konsulluq dəstəyi göstərir. Bu məsələnin həssaslığına görə, hazırda əlavə təfərrüatlar verə bilmərik", - deyə bildirib.

Adı açıqlanmayan dörd amerikalı “Qordon Bleck” adlı ABŞ əsgərinin Cənubi Koreyada xidmətdə olduğunu və onun Rusiyaya rəsmi iş üçün deyil, fərdi şəkildə getdiyini bildirib. Primorski Rayon Məhkəməsinin mətbuat katibi Elena Oleneva Rusiya mətbuatına verdiyi açıqlamada Vladivostokda saxlanılan Amerika əsgəri Blekin oğurluqda günahlandırıldığını və onun 2 ay müddətinə həbs olunmasına qərar verildiyini bildirib.

Oleneva: “Vladivostokun Primorski Rayon Məhkəməsi ABŞ əsgəri Qordon Blekin oğurluğa görə iyulun 2-dək həbs olunmasına qərar verib”, - deqeyd edib.

ABŞ-da yerləşən "Associated Press" xəbər agentliyi 34 yaşında olduğu deyilən amerikalı əsgərin Cənubi Koreyada xidmət etdiyini və məmləkəti Texasdakı Fort Kavazos şəhərinə qayıtmalı olduğunu bildirib. "NBC News" ABŞ əsgərinin Rusiyaya münasibətdə olduğu qadın üçün gəldiyini iddia edib. Rusiyanın “İzvestiya” qəzeti adı açıqlanmayan mənbəyə əsaslanaraq verdiyi xəbərdə ABŞ əsgərinin Vladivostoklu bir qadınla onlayn tanış olduğunu, ikisinin bir müddət birlikdə yaşadığını və ABŞ əsgərinin qadını döyərək 200 min rublunu (2200 dollar) oğurladığını bildirib.

ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirilən gündəlik mətbuat konfransında ABŞ hökumətinin sözügedən hadisədən xəbərdar olduğunu bildirib. Kirbi hazırda bu barədə heç nə deyə bilməyəcəyini qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »