Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan noyabra qədər Bakı ilə sülh müqaviləsini imzalaya bilər - Paşinyan
Ermənistan noyabra qədər Bakı ilə sülh müqaviləsini imzalaya bilər - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan noyabra qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razıdır.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatını verdiyi məlumata görə, o, bu barədə mətbuat konfransında bildirib.

"Bundan əvvəl Azərbaycan prezidenti bildirib ki, bu ilin noyabrına qədər sənədin imzalanması kifayət qədər realdır. Paşinyanın sözlərinə görə, bu məqsədə çatmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır", - deyə məlumatda qeyd edilib.

Eyni zamanda, Ermənistanın baş naziri iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağına ümid edir.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü mayın 10-da Qazaxıstanda baş tutacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »