Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynaya müharibə üçün edilən "davamlı" yardımlara görə Rusiyanın açıq nüvə təhdidi davam edir"
"Ukraynaya müharibə üçün edilən "davamlı" yardımlara görə Rusiyanın açıq nüvə təhdidi davam edir"

Rusiya hakimiyyəti taktiki nüvə silahı təlimləri ilə Qərbi qorxudur. Rusiya Müdafiə Nazirliyi “Ali Baş Komandan Vladimir Putinin göstərişi ilə” qeyri-strateji nüvə qüvvələrinə, yəni taktiki nüvə silahı operatorlarına xəbərdarlıq etmək üçün təlimlər keçirdiyini açıqlayıb.

“Qeyri-strateji nüvə gücləri” nədir?

Bu, xüsusi qoşun və silah növünə - Rusiyanın Strateji Nüvə Qüvvələrinə daxil olmayan nüvə silahlarının yaxın və orta mənzilli daşıyıcılarının cəmidir. Strateji raket qüvvələri, ballistik nüvə raketləri olan sualtı qayıqlar və strateji nüvə silahları daşıyan ağır bombardmançı təyyarələr - strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilələrin məhdudiyyətləri altına düşür. Müqavilə hazırda qüvvədədir, 2026-cı ilə qədər uzadılıb, lakin Rusiyanın orada iştirakı dayandırılıb. Strateji silahların düşmənin hücumu zamanı daim döyüş hazırlığında olması nəzərdə tutulur.

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bidirib ki, Rusiya vaxt aşırı Qərbi nüvə başlıqları ilə zərbə endirə biləcəyi ilə bağlı təhdid edir. Bunun ilk dəfə olmadığını bildirə politoloq bildirib ki, Ukrayna müharibəsinin ortalarında da bu çıxışlar edilmişdi.

Turab Rzayev Turab Rzayev

"Rusiya, Ukrayna müharibəsinin əvvəllərində olduğu kimi indi də açıq şəkildə Qərbi təhdid edir. Hətta Ukraynada bir neçə hədəfə, xüsusilə Lvov şəhərində aerodromlara və s. taktiki nüvə silahı ilə zərbə endirməsi ilə bağlı məlumatlar var idi. Ən son Putin yenə çıxışında Qərbdən qorxmadığını və Qərb müharibə istəyirsə, xüsusilə Makronun Avropa ordusunu yığmasına qarşı, Qərbin Ukraynaya ayırdığı böyük maliyyə yardımlarından sonra onların da açıq şəkildə buna cavab verə biləcəklərini bildirdi. Və burda taktiki nüvə silahından istifadə ilə bağlı müzakirələr aparıldı. İndi açıq şəkildə Rusiya yenə Qərbdən qorxmadığını bildirir. Və açıq şəkildə Qərbin açıqlamalarına cavab verir.

Eyni zamanda İrana qarşı ABŞ-ın hər hansı potensial bir əməliyyata başlaması halında və ya Ermənistanı Rusiyanın əlindən alaraq, Qərbə inteqrasiya etdirilməsi halında bununla razılaşmayacağını bildirir"-deyən politoloq vurğulayıb ki, Rusiya hazırda ehtiyatlı davranır. Çünki, Danimarka və digər ölkələr Ukraynaya “F16” verə bilər.

Turab Rzayevin fikrincə, hazırda Ukrayna ordusunun Rusiya ordusuna qarşı ən zəif nöqtəsi Avrasiyadır.

“Keçən il may, iyun ayındakı hücumların uğursuz olmasının da səbəbi bu oldu. Ukrayna ordusunu hava zərbələri ilə zərərləşdirdi. Daha sonra Ukraynaya müdafiə sistemləri verdilər. Ancaq buna qarşılıq olaraq Rusiya öz aviasiyasını öz ərazisinə çəkdi və oradan bombalamağa davam etdi. İndi bu zəifliyi aradan qaldırmaq üçün 1 ildən çox danışıqlar getsə də, Ukraynaya “F16” verilməyib. İndi isə, “F16” veriləcəyi və ilk pilotların təlim ediləcəyi deyilir”-deyən Turab Rzayev əlavə edib ki, eyni zamanda almanlar da öz tanklarını göndərirlər.

“Polşada eşelonlarla Rusiya qarşı Ukrayna göndəriləcək silahlar var. Dünyanın bütün ərazilərində keçmiş sovet silahlarını yığıb Rusiyaya qarşı istifadə eləmək üçün Ukraynaya göndərirlər. Eyni zamanda Ukraynaya yeni maliyyə yardımları da ayırılır.

Rusiya, əslində həmin qüvvələrin həm də təhdid edir ki, “əgər siz Rusiyaya qarşı bu cür davamlı addımlar atsanız, davamlı təzyiq etsəniz biz də sizə qaşı nüvə silahları qarşılıq verəcəyik. Polşa, Slovakiya, Rumıniyadaki bazalara qarşı taktiki silahlardan istifadə etəcəyi ilə bağlı Rusiya xəbərdarlıq eləmişdi. O, bu təhdidi yeniliyə bilər”-deyə Turab Rzayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »