Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşadan qaçaraq Belarusa sığınan hakim Lukaşenkonun onu və ailəsinin müdafiə edəcəyinə ümid edir
Polşadan qaçaraq Belarusa sığınan hakim Lukaşenkonun onu və ailəsinin müdafiə edəcəyinə ümid edir

Belarusda siyasi sığınacaq almaq istəyən Varşava Voyevodalığı İnzibati Məhkəməsinin hakimi Tomaş Şmidt ümid edir ki, respublika prezidenti Aleksandr Lukaşenkonun müdafiəsi Polşa hakimiyyətinə onun ailəsini təhdid etməyə imkan verməyəcək.

Bizimyol.info xəbər verir ki, plşalı məhkəmə hakimi bu barədə Rusiya mətbuatına müsahibəsində bildirib.

“Hələ də Polşada keçmiş həyat yoldaşım var - biz uzun müddətdir boşanmışıq - və iki qızım var. Mən əminəm ki, əgər mən prezident Lukaşenkonun himayəsində olsam, o zaman müdafiə ailəmə də şamil olunacaq. Heç kim onlara toxunmağa cürət etməyəcək”, - deyə o qeyd edib.

Ailəsini Minskə köçürmək istəyib-istəməyəcəyi sualına cavab verən Şmidt qeyd edib ki, bu, çox çətin olacaq.

Tomaş Şmidt bildirib ki, respublika prezidenti Aleksandr Lukaşenkonun onunla görüşə biləcəyini hələlik bilmir: “Cənab prezident çox hörmətli, zamanı az olan, məşğul insandır, onunla görüşmək imkanının olub-olmayacağını bilmirəm. Mən başa düşürəm ki, onun buna vaxtı olmaya bilər, lakin cənab prezidentlə görüşməyi çox istəyirəm və ümid edirəm ki, o, məni qəbul etmək imkanı yaradacaq”, - deyə qeyd edib.

Şmidt əvvəllər Polşanın məhkəmə sistemində və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniyanın təsiri altında ölkəni müharibəyə aparan Polşa hakimiyyətinin siyasəti və hərəkətləri ilə razılaşmadığı üçün Şmidt təqiblərə məruz qalıb, o, vətənini tərk edib siyasi sığınacaq almaq istədiyi ölkəyə, Belarusa köçmək məcburiyyətində qalıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »