Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda "Qanımız Bir, Canımız Bir" şüarı ilə qanvermə aksiyası keçiriləcək
Bakıda "Qanımız Bir, Canımız Bir" şüarı ilə qanvermə aksiyası keçiriləcək

Türk Qızıl Aypara və Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Qanımız Bir, Canımız Bir" şüarı ilə qanvermə aksiyası keçirəcək.

Bizimyol.info Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə arasında möhkəm qardaşlıq bağını vurğulamaq məqsədilə “Qanımız Bir, Canımız Bir” şüarı ilə Mərkəzi Qan Bankında Türk Qurum/Təşkilat Nümayəndələrinin işçiləri, məsləhətçiləri, Türk iş adamları və universitet tələbələrinin iştirakı ilə, 25 oktyabr 2022-ci il saat 10:00-da Türk Qızıl Aypara və Azərbaycan Qızıl Aypara Cəmiyyəti qanvermə aksiyası keçirməyi planlaşdırır.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Cahid Bağcı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Milli Məclisin deputatı Məlahət İbrahimqızının iştirakı planlaşdırılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »