Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu təşkilat əslində bir sıra ciddi hədəflər nəzərdə tutub"
"Bu təşkilat əslində bir sıra ciddi hədəflər nəzərdə tutub"

Türk Dövlətləri Təşkilatının müxtəlif rəsmi şəxslər səviyyəsində keçirdiyi ayrı- ayrı görüşlər, həm dövlət başçıları səviyyəsində, həm digər rəsmilər səviyyəsində keçirilən görüşlər, aparılan müzakirələr və digər təmaslar ondan xəbər verir ki, Azərbaycan və Türkiyənin o cümlədən Azərbaycan dövlətinin başçısı prezident İlham Əliyevin və Türkiyə dövlətinin rəhbəri Rəcəb Tayib Ərdoğanın təşəbbüsü ilə keçirilən bu təşkilat dünyada mövcud olan bir sıra təşkilatlar kimi nominal xarakter daşımır. Sadəcə görüntü xatirinə yaradılmış bir təşkilat deyil. Bu təşkilat həqiqətən də yaradılması zamanı qarşıya qoyulan məqsədlərə xidmət edən bir təşkilatdır və bu məqsədlər uğrunda praqmatik addımlarla seçilir.

Bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. O, qeyd edib ki, son zamanlar qısa müddət ərzində Türk Dövlətləri Təşkilatı çərçivəsində bir sıra ciddi görüşlər keçirilir. Dövlət başçılarından sonra xarici işlər nazirləri səviyyəsində bu təşkilatın görüşlər keçirməsi ,o cümlədən bu ilin 21 oktyabr tarixinə hesablanmış Türk dövlətlərinə aid olan Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Türkmənistan, Özbəkistan və Qırğızıstanın dini liderlərinin Bakıda toplanacağı, Gülüstan sarayında konfrans təşkil edəcəkləri,eyni zamanda türk dövlətləri təşkilatına aid olan dini qurumun təsis edilməsi məqsədi ilə keçiriləcək görüş də bu qəbildən olan görüşlərdəndir.

Xəyal Bəşirov Xəyal Bəşirov

“Ümumilikdə bu ondan xəbər verir ki, bu təşkilat əslində bir sıra ciddi hədəflər nəzərdə tutub. Bu hədəflərə nail olmaq istiqamətində ciddi proseslər gedir. Ümumiyyətlə Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra formalaşdırdığı yeni reallıq və bu reallığın fonunda Türk Dövlətləri Təşkilatının da yaradılması, Türk Dövlətləri Təşkilatının yaradılmasından sonra qeyd etdiyim bu görüşlərin keçirilməsi, əslində regionda təkcə cənubi Qafqazla bağlı deyil, o cümlədən də mərkəzi Asiyaya, Aralıq dənizinə qədər uzanan Türkiyə dövləti də daxil olmaqla ümumilikdə Asiyanın dərinliklərinə qədər gedəcək geniş bir coğrafiya da yeni bir reallıq formalaşdırır. Bu reallıq dünya da yeni qlobal düzənin formalaşmasında da çox ciddi spesifik rol oynayacaq” - deyən politoloq bildirir ki, bu gün dünya Ukrayna müharibəsinə görə ciddi konfrantasiyadadır, qarşıdurmadadır. Qərb-Şərq qütbü artıq açıq şəkildə bir birinə qarşı mübarizə metodlarını ortaya qoyub. Bu hadisələrin fonunda bu coğrqfiya da yeni bir ciddi önəmli və gündən günə nüfuzu artan təşkilatın eyni mədəniyyətə, eyni kökə, eyni sivilizaziyaya və eyni tarixə sahib olan, eyni dilli dövlətlərdən ibarət bir rəşkilatın formalaşdırılması dünya tarixində önəmli bir hadisədir. Hazırda dünyada yeni qlobal dünənin formalaşması prosesi gedir.

“Siyasi baxımdan deyil, eyni zamanda yeni qlobal düzən həmdə iqtisadi baxımdan, hərbi baxımdan mədəni və tarixi baxımdan digər məqamlarla bağlı məsələləri özündə ehtiva edən bir düzən olacaq. Bu düzəndə Azərbaycan və Türkiyə dövlətlərinin təşəbbüsü ilə yaradılan, Türk Dövlətləri Təşkilatının da çox önəmli rolu olacaq. Yeni qlobal düzəni quraşdıran qüvvələr, güclər, ayrı-ayrı təşkilatlar, beynəlxalq hüququn digər subyektləri baş verən proseslərə görə, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərlə yeni dünya düzəninin formalaşması məsələsində hesablaşmaq məcburiyyətindədirlər. Çünki biz bilirik ki, Türk Dövlətləri Təşkilatının əhatə etdiyi coğrafiya dünya üçün çox önəmli bir coğrafiyadır. Diqqət etsək görərik ki, az öncə toxunduğum kimi, Aralıq dənizindən başlayaraq (təbii ki bu Avropanın mərkəzidir, ürəyidir) Bosfor və Dardanel boğazlarını götürsək, Türkiyə və o cümlədən də, Azərbaycan Xəzər dənizi və mərkəzi Asiya dövlətləri və o cümlədən də uzaq şərqə uzanan coğrafiyadan söhbət gedir ki, bu coğrafiyasız dünyada yeni qlobal düzənin formalaşması mümkünsüzdür” - deyə politoloq əlavə edib.

Xəyal Bəşirovun fikrincə, bu proseslərin dövlət və xalq üçün də ciddi önəmi var. Çünki İkinci Qarabağ müharibəsini reallaşdırdıqdan sonra, o müharibədə bizim üçün yeganə problem olan Qarabağ probleminin həllinə nail olduqdan sonra artıq regionda sülhün, təhlükəsizliyin və sabitliyin təminatı prosesini həyata keçirilir.

“Bundan sonra Azərbaycanla bir sıra dövlətlərin o cümlədən də, Türkdilli dövlətlərin yaxınlaşması prosesini açıq şəkildə görməkdəyik. Təbii ki, biz eyni kökə, eyni dinə eyni sivilizasiyaya eyni tarixə sahib ola bilərik. Amma hər bir halda nəzərə alaq ki, məğlub dövlətin, işğala məruz qalmış və bu işğal problemini həll edə bilməyən dövlətlə yaxınlaşmaq heç də gördüyümüz qədəri ilə ayrı-ayrı dövlətlərin marağında deyildi. Amma biz qalib gəldikdən, sonra görürük ki, Azərbaycanın haqlı mövqeyi ilə yanaşı güclü mövqeyinin də formalaşdırılması, bu gün Azərbaycanın yanında bir sıra ciddi dövlətlərin yer almasına gətirib çıxarıb. Məhz təsadüfi deyildi ki, ötən ilin əvvəlində Azərbaycanla Türkdilli dövlət olan Türkmənistan arasında uzun illər soyuq küləklərin əsməsinə səbəb olan münasibətlərin yaxşı olmamasına səbəb olmuş bir yatağla bağlı problemin həllinə gətirib çıxardı. Uzun illər ərzində Azərbaycan tərəfindən münaqişəli olduğuna görə Kəpəz, Türkmənistan tərəfindən də Sərdar adlandırılan Xəzər dənizindəki yataq artıq Azərbaycan və Türkmənistan arasında əldə edilmiş razılığa əsasən “Dostluq yatağı” adı altında istifadəyə verildi və istismar edilir. Bütün bu proseslər ona hesablanıb ki, region və regionla bağlı coğrafiyada münaqişəli konflikt xarakterli proses mövcud olmasın. Türk Dövlətləri Təşkilatına aid olan dövlətlər bütün bu məsələlərdə yəni bu kimi münaqişələrin, narazılıqların öhdəsindən birgə gəlmək səylərini iradələrini və əzmlərini ortaya qoyublar” - deyə Xəyal Bəşirov qeyd edib. O, hesab edir ki, bu proses uğurla davam etdiriləcək, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılan bu təşkilat yaradılarkən qarşıya qoyulan məqsədlərə çox qısa müddət ərzində çatacaq və dünyada ən nüfuzlu ən önəmli təşkilatlardan biri olacaq. Onun sözlərinə görə, yeni təşkilatla bağlı müxtəlif istiqmətlərdə həm hərbi həm tarixi həm mədəni həm dövlətçilik ilə bağlı və bir sıra digər vacib sahələrdə müzakirələrin aparılması,qərarların qəbul edilməsi,sənədlərin imzalanması real addımların atılması zərurəti var. Və bu görüşlər, o məqamlara xidmət edən görüşlərdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »