Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İşğaldan azad edilən ərazilərdə də qadın sahibkarlığına maraq çoxdur"
"İşğaldan azad edilən ərazilərdə də qadın sahibkarlığına maraq çoxdur"

“Qadın sahibkarların bilik və bacarıqlarının artırılması vacibdir.”

Bizimyol.info xəbər verir ki, bu sözləri KOBİA-nın sədri Orxan Məmmədov “SHE Congress” tədbirində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində 13 qadın sahibkarın təqdim etdiyi layihələrə KOBİA tərəfindən mükafat verilib.

Orxan Məmmədov

“Sevindirici haldır ki, işğaldan azad edilən ərazilərdə də qadın sahibkarlığına maraq çoxdur. Bizim ən böyük problemimiz sahibkarların bu dəstək mexanizmindən xəbərsiz olmasıdır. Bunun üçün də bölgələrdə xüsusi ilə təlimlərə üstünlük veririk.

Bu yaxınlarda bir xanım kuryerlə rastlaşdıq. Ondan soruşduqda məlum oldu ki, xidmətini piyada göstərir. Yəni velosipedi və ya motosikleti yoxdur. Onu ilkin olaraq, velosipedlə təmin etdik. Biz onunla qarşılaşmasaq, dövlətin sahibkarlara dəstəyindən xəbərdar olmayacaqdı və çatdırılmanı bəlkə də uzun müddət piyada yerinə yetirməyə davam edəcəkdi”,-deyə Orxan Məmmədov vurğulayıb.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “SHE Congress” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »