Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: "Rusiya Federasiyası İsrail və Fələstin arasında iki dövlətli həllin tərəfdarıdır"
Peskov: "Rusiya Federasiyası İsrail və Fələstin arasında iki dövlətli həllin tərəfdarıdır"

Rusiya İsrail və Fələstin arasında iki dövlətli həll yoluna əsaslanan nizamlanmanın tərəfdarıdır, bu mövqe ardıcıl və şəffafdır.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir sıra Avropa ölkələrinin Fələstini tanımaq niyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

“Xatırlatmaq istərdim ki, Rusiya Federasiyası SSRİ-nin hüquqi varisidir. SSRİ mövcudluğunun son mərhələsində Fələstin dövlətini yenicə tanıdı. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və iki dövlətin nizamlanmasına əsaslanan yanaşmaya tamamilə uyğun gəlir. Ona görə də biz SSRİ-nin hüquqi varisiyik, eləcə də bu sahədə ardıcıl və şəffaf mövqeyimizi davam etdiririk”, - deyə Kremlin sözçüsü bildirib.

Norveç hökuməti Fələstini dövlət kimi rəsmən tanımaq qərarını açıqlayıb. Qərar mayın 28-dən qüvvəyə minəcək. Bunun ardınca İrlandiya hakimiyyəti də eyni qərar verdiyi elan edib. İspaniya da mayın 28-də Fələstini tanıyacağını bəyan edib.

Hazırda Avropa dövlətləri arasında Fələstinin müstəqilliyi Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tərəfindən tanınır. Ümumilikdə Fələstin Rusiya da daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatının (BMT) 193 ölkəsindən 143-ü tərəfindən müstəqil dövlət kimi tanınıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »