"Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı yetkin hüquqi sənəd olmasa da, danışıqlar davam edir".
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin imzaladığı, Alma-Ata bəyannaməsini xatırladan bir neçə bəyanat var. Sülh müqaviləsi danışıqları çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması üzrə dialoq davam edir: “Bu, indiki mərhələdə müzakirə olunan mövzulardan biridir. Ancaq hüquqi cəhərdən müqaviləmiz yoxdur və müzakirələr davam edir”, - deyə Simonyan qeyd edib.
“Bölgədə kommunikasiyaların açılması ilə bağlı Ermənistan əvvəllər bəyan etdiyi prinsiplərə sadiqdir və bəyan etdiyi mövqe əsasında Azərbaycanla danışıqlar aparır. İrəvan bu danışıqları təkcə sülh müqaviləsi çərçivəsində deyil, bütün səviyyələrdə davam etdirməyə hazırdır. Biz 9 noyabr 2020-ci il tarixli bəyanatda əksini tapan bütün kommunikasiyaların açılması ideyasına önəm veririk. Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirir”, - deyə Ermənistan parlamentinin spikeri bildirib.
O, bu işin uğurla başa çatacağına ümid etdiyini qeyd edib.
Qadir, Bizimyol.info