Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə ən çox təsir edə bilən şəxs kimdir: "Guya Qərb bunu bilmir"
Putinə ən çox təsir edə bilən şəxs kimdir: "Guya Qərb bunu bilmir"

Bu gün Rusiyada Vladimir Putin üzərində ən böyük təsirə malik onun qüvvə onun ətrafı deyil. Çin prezidenti Si Tsinpinin Kreml lideri üzərində daha böyük təsiri var. Qərb də özünü elə aparır ki, güya bunu başa düşmür.

Bizimyol.info xəbər verir ki, bu barədə rusiyalı politoloq, Rusiya Federasiyası başçısının keçmiş müşaviri Andrey İllarionov “De Welt” nəşrinə müsahibəsində deyib. O, qeyd edib ki, bu gün Çin lideri Si Tsinpin Putinin Moskvadakı bütün ətrafının cəmindən daha təsirlidir.

“Moskva siyasi elitasında Rusiya lierinə kimin təsiri var?” sualına politoloq cavab olaraq bildirib ki, hərbi və geosiyasi baxımdan bütün vacib məsələlərə Putin özü qərar verir. Politoloq bildirib ki, Rusiya Federasiyasının hərbi iqtisadiyyatının və geosiyasətinin işləməsini Putin öz istədiyi kimi təmin edir.

“Lakin qondarma iqtisadi blokda Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina ən nüfuzlu və önəmli şəxs olub və qalır. O, ağıllı qadındır, Mərkəzi Bankı və pul sistemini qaydasında saxlayır. Putini dinləyir. Geosiyasətə gəlincə, əlbəttə ki, onların deməyə sözü yoxdur”,- deyə politoloq əlavə edib.

Politoloq hesab edir ki, hazırda Kremldə hökm sürən atmosfer xaosdan uzaqdır. Belə ki, hamı sadəcə olaraq “intizamlı işləməyə” davam edir və Putinin əmrlərini yerinə yetirir. Buna baxmayaraq, onlar Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibə və ya sanksiyalarla bağlı Qərblə razılığa gələ bilməsələr nə ola biləcəyini düşünür və nəticələrdən bir qədər də qorxur, ümidsizliyə qapılırlar.

Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin Çin KP baş katibi Si Tsinpin və Rusiya prezidenti Vladimir Putin

"Hamı bilir ki, belə bir razılaşmanı yalnız Putin həyata keçirə bilər. Ona görə də devrilməyəcək”,- deyə İllarionov bildirib...

"Bəs o, razılaşmasa?" sualına cavab olaraq “O zaman iqtisadi və siyasi cəhətdən rejimin sonu olacaq. Və hamı Putindən asılı olduğu üçün hamı onunla birlikdə dibə gedəcək”,- deyə İllarionov əminliklə qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »