Ermənistan İstintaq Komitəsi ölkədə "Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) 12 min döyüşçüsünün olması ilə bağlı məlumatları yoxlamaqda davam edir.
Bizimyol.info xəbər verir ki, bu barədə nazirlik Ermənistan mətbuatının sorğusuna cavab olaraq məlumat verib.
2023-cü ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, “Vaqner” ÖHŞ üzvlərinin Ermənistana gəlməsi ilə bağlı xəbərlər "Telegram" kanallarında dərc olunub və Milli Təhlükəsizlik Xidməti (MTX) öz səlahiyyətləri daxilində bu məlumatları yoxlayır.
2023-cü ilin dekabrında ölkə mətbuatının sorğusuna cavab olaraq MTX-dan yoxlamanı davam etdirdiklərini bildirmişdilər. Yeni sorğuya cavab olaraq, MTX mətbuatın müraciətindən sonra cinayət işinin Ermənistan İstintaq Komitəsinə verildiyini barədə məlumat verib: “Sizə bildiririk ki, “Vaqner” döyüşçülərinin Ermənistanda olması ilə bağlı mətbuatda dərc edilmiş yazılarla bağlı Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Baş İstintaq İdarəsində araşdırma aparılır. Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlər araşdırılır”, - deyə nazirliyin cavabında bildirilir.
Qeyd edək ki, İrəvan Ağsaqqallar Şurasına seçkilər öncəsi Ermənistanda “Vaqner” ÖHŞ döyüşçülərinin olması ilə bağlı şayiələri hökumətyönlü ictimai səhifələrdən biri başlayıb. Əvvəlcə 3 min nəfərdən danışıldı, sonra 12 min nəfərlik iddialar ortaya çıxdı. Telekanalın məlumatına görə, onlar çevriliş etməli və baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmalı idilər.
Qadir, Bizimyol.info