Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dini lider Xamenei İran prezidentinin cənazə namazını qılıb
Dini lider Xamenei İran prezidentinin cənazə namazını qılıb

Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilər üçün paytaxt Tehranda cənazə namazı qılınıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, İran lideri Ayətullah Əli Xamenei Tehran Universitetinin ərazisində cənazə namazı qılıb. Məhdud sayda insanın buraxıldığı ibadət sahəsinə daxil olmaq üçün minlərlə insan universitetin qapılarında gözləyib.

Namazdan sonra Azadi meydanında keçiriləcək dəfn mərasimində iştirak etmək istəyən yüz minlərlə insan universitetin yanındakı İnqilab meydanında və bölgəyə gedən yollarda toplaşıb.

İzdihamın artması və gediş-gəlişin çətinləşməsi ilə əlaqədar rəsmilər xalqı Azadi küçəsindən mərasimin keçiriləcəyi Azadi meydanına yönəldib. İnsanlar meydana doğru yürüş ediblər.

Daha sonra keçiriləcək mərasimdən sonra prezidentin cənazəsi Məşhəd şəhərinə göndəriləcək, xarici işlər naziri Abdullahiyanın cənazəsi isə Tehranda qalaraq orada dəfn olunacaq.

Dəfn mərasimi sabah keçiriləcək mərasimlərdən sonra olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »