Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşər Əsədin həyat yoldaşı Esma Əsədə leykoz diaqnozu qoyulub
Bəşər Əsədin həyat yoldaşı Esma Əsədə leykoz diaqnozu qoyulub

Suriya prezidenti Bəşər Əsədin ofisindən verilən açıqlamada 2019-cu ildə döş xərçənginə qalib gələn Britaniya əsilli həyat yoldaşı Esma Əsədin leykemiya (qan xərçəngi xəstəliyi) diaqnozu qoyulduğu bildirilib.

Bizimyol.info xəbər verir ki, açıqlamada: "Birinci xanım Esma Əsədə kəskin miyeloid leykemiya diaqnozu qoyulub", - deyilir.

48 yaşlı Esma Əsədin sosial məsafə tələb edən “xüsusi müalicə protokolu”na məruz qalacağı və “müalicə planı çərçivəsində təhsilinə fasilə verəcəyi” qeyd edilib. 2000-ci ildən Bəşər Əsədlə evli olan Esma Əsəd 3 uşaq anasıdır. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl xanım Əsəd mütərəqqi hüquq müdafiəçisi və sülalənin müasir siması kimi görünürdü.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »