İsrail Fələstin dövlətini tanıyacaqlarını elan edən İrlandiya və Norveçdəki səfirlərini geri çağırmaq qərarına gəlib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, xarici işlər naziri İsrael Katz "dərhal" İsrailin Dublin və Oslodakı səfirlərini məsləhətləşmələr üçün öz ölkələrinə geri çağırıb.
Bildirilib ki, səfirlər İrlandiya və Norveçin Fələstin dövlətini tanıyacaqlarını açıqlaması səbəbindən geri çağırılıb. Xarici işlər naziri Katz qeyd edib ki, İspaniya Fələstin dövlətini tanımaq qərarına gəlsə, o da oxşar addım atacaq və İsrailin Madriddəki səfirini geri də çağıracaq.
İrlandiyanın ardınca Norveç Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada Fələstini beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq tanıyacağını açıqlayıb.
Qadir, Bizimyol.info