Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniya və İrlandiya Fələstini dövlət kimi tanıyır - “Politico”
İspaniya və İrlandiya Fələstini dövlət kimi tanıyır - “Politico”

İrlandiya və İspaniya da daxil olmaqla üç Avropa ölkəsi mayın 22-də Fələstini dövlət kimi tanıdığını elan etmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrə məlumat verən şəxsin sözlərinə görə, Fələstinin dövlətçiliyini tanıyan üçüncü ölkə Belçika, Malta, Norveç və ya Sloveniya ola bilər, çünki onlar əvvəllər oxşar niyyətlərini bəyan ediblər.

Qəzet yazır ki, Oslo bu gün çox güman ki, Madrid və Dublinə qoşulacaq, qalan ölkələr isə qərarlarını daha sonra açıqlayacaqlar.

Aprelin sonunda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Fələstinin mayın sonuna qədər bir neçə Aİ ölkəsi tərəfindən tanınacağını bildirmişdi.

Avropa dövlətləri arasında Fələstinin müstəqilliyini Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tanıyır. Ümumilikdə Fələstini Rusiya da daxil olmaqla BMT-nin 193 ölkəsindən 143-ü müstəqil dövlət kimi tanıyır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »