Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın bank kartı yalnız 7 ölkədə işləyir - Siyahı
Rusiyanın bank kartı yalnız 7 ölkədə işləyir - Siyahı

Sanksiyalara məruz qalan Rusiya Mərkəzi Bankı öz vətəndaşlarına xaricə nağd pul götürməyi tövsiyə edir, çünki yerli “Mir” sisteminin kartları yalnız yeddi ölkədə qəbul ediləcək.

Bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır. Bizimyol.info xəbər verir ki, Rusiya Bankının açıqlamasında deyilir.

Ukraynanı işğal etməyə çalışdığı üçün dünyadan təcrid olunan ölkənin bankı həmçinin bildirib ki, onların “Mir” sisteminin kartları separatçı Cənubi Osetiya və Abxaziyada da qəbul ediləcək.

Belə ki, Rusiya Federasiyası VISA və MasterCard ödəniş sistemlərindən çıxarıldıqdan sonra Rusiya bankları tərəfindən buraxılmış bu kartlar yalnız ölkə daxilində işləyəcək. VISA və MasterCard kartları ilə Rusiya ərazisindən artıq aşağıdakı əməliyyatları həyata keçirmək mümkün olmayacaq: xarici onlayn mağazalarda alış-veriş və onlayn qaydada xaricə hər hansı ödəniş etmək və ya almaq.

"Xaricə səfər zamanı nağd pul götürün. “Mir” kartının qəbul edildiyi ölkələrə getdiyiniz zaman o kartları da özünüzlə götürmək tövsiyə olunur. Bu gün bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyadır",- deyə açıqlamada bildirilir.

Bundan əvvəl Visa və Mastercard Rusiyadakı fəaliyyətini dayandıraraq "hazırkı münaqişənin görünməmiş xarakterini və qeyri-müəyyən iqtisadi vəziyyəti" əsas gətirmişdi.

Xatırladaq ki, irimiqyaslı sanksiyalar Rusiyanı iqtisadi cəhətdən dalana dirəndirib. Hesablamalara görə, ölkədə iş yerini itirənlərin sayı milyonu keçib. Ölkəni tərk etmək istəyənlərin sayı artdığına görə Rusiya hökuməti ölkədən çıxışı qismən məhdudlaşdırıb. Bəzi müşahidəçilər hesab edir ki, Putin ölkəsini Şimali Koreyaya çevirmək istəyir. Amma belə bir fikir də formalaşıb ki, dəbdəbəli həyat üçün milyardlar toplamış oliqarxlar buna imkan verməyəcəklər. Məsələ ondadır ki, Putin kənardan şəriksiz diktator kimi görünsə də, ölkəni faktiki olaraq milyarder oliqarxlarla koalisiya halında idarə edirdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »