Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan müxalifəti hələ baş nazirliyə namizədlə bağlı qərar verməyib
Ermənistan müxalifəti hələ baş nazirliyə namizədlə bağlı qərar verməyib

Mayın 9-da İrəvanda kütləvi etiraz aksiyalarına başlayan Ermənistan müxalifəti hazırkı hökumət başçısı Nikol Paşinyana qarşı impiçment prosesinin başlanacağı təqdirdə baş nazirliyə namizədlə bağlı qərar verməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatına “Vətən adına Tavuş” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan məlumat verib.

“Bu, artıq prosesin ikinci hissəsidir, indi xalq oyanır, namizədlə bağlı müzakirələr gedir, ola bilsin ki, o, indiki siyasi qüvvələrdən olmayacaq”, - deyə o qeyd edib.

Respublika meydanında çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri qeyd edib ki, Köçəryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları özləri yaradıb.

“Mən Robert Köçəryanla həyatımda yalnız bir dəfə görüşmüşəm Bu, 2001-ci ildə Katolikosla birlikdə Sevan yarımadasındakı Vazgenyan seminariyasına getdiyim zaman olub. Görüş beş dəqiqədən çox çəkməyib”, - deyə bildirib. Qalstanyan əlavə edib ki, siyasi xadimlərdən hər hansı biri ilə görüşsə, bunu ictimaiyyətdən gizlətməyəcək. Keçmiş Ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.

Mayın 9-da axşam mitinqdə arxiyepiskop Baqrat müxalifətin “Şərəf” və “Ermənistan” fraksiyalarının Paşinyana qarşı impiçment prosesinə başlayacağını bildirib. Lakin prosesi başa çatdırmaq üçün məsələnin parlamentin gündəliyinə salınması üçün müxalifətə daha bir deputatın imzası lazımdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »