Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"COP 29 ilə yaxın tarixlərə təsadüf edən parlament seçkiləri qanun çərçivəsində erkən tarixə çəkilə bilər"
"COP 29 ilə yaxın tarixlərə təsadüf edən parlament seçkiləri qanun çərçivəsində erkən tarixə çəkilə bilər"

"Konstitusiyamıza əsasən 2024-cü il noyabrın 3-də növbəti parlament seçkiləri keçirilməlidir. Konstitusiyaya istinad etsək, oktyabr ayında prezident seçkiləri və noyabrda parlament, dekabrda da bələdiyyə seçkiləri keçirilir. Qanuna görə seçki irəli çəkilə bilər, amma geri tarixə çəkilmə qüvvəsi yoxdur. Bu proses Konstitusiya normasına əsasən həll olunan məsələlərdir".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat bildirib ki, seçkilərə hazırlıqla bağlı işlərə start verilib. Parlament seçki komissiya işlərinin formalaşdırılması, onların maarifləndirməsi və bütün işlər seçkiyə qədər öz həllini tapmalıdır.

Vüqar İskəndərov Vüqar İskəndərov

“Ölkəmizdə planetin ən böyük iqlim dəyişiklik tədbiri COP 29 keçiriləcək. Qlobal bir tədbir olan COP 29 təbii ki, çox gərgin işlər tələb edir. İki həftə ərzində eyni vaxtda 100 minə yaxın insanın Bakıda olması, bütün dünyanın diqqətinin həmin zamanlarda Azərbaycana çəkilməsi həm də qürur verir. Amma təbii olaraq, böyük dünya səviyyəsində olan bu tədbirin arxasında gərgin iş, dəyərli əmək və düşünülmüş addımlar durur. Mövzu ilə bağlı işlərin görülməsinə də artıq start verilib”-deyən deputat vurğulayıb ki, noyabr ayında həm seçkinin, həm də COP 29-un eyni zamanlarda keçirilməsi təbii olaraq, seçkinin irəli çəkilməsi məsələsini gündəmə gətirir.

Deputat əlavə edib ki, parlament seçkiləri bir siyasi uzun müddətli prosesdir.

“Aylar ərzində seçki prosesinə keçid hazırlığı və həyata keçirilməsi gərgin hazırlıq tələb edir. Dövlət, sözün yaxşı mənasında yüklənir. Bütün strukturlar burada işləyir. Mərkəzi Seçki Komitəsi seçkinin keçirilməsi üçün yerlərdə seçki məntəqələrinin formalaşdırılması və seçkinin şəffaf keçirilməsi üçün bütün lazımı addımların atılması istiqamətində öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »