Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: Söhbət İsrailə mərmi tədarükünün dayandırılmasından yox, fasilədən gedir
ABŞ: Söhbət İsrailə mərmi tədarükünün dayandırılmasından yox, fasilədən gedir

"Birləşmiş Ştatlar döyüş sursatı göndərilməsinə fasilə verib, hazırda hərbi vasitələrin tədarükünün tam dayandırılmasından söhbət getmir".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

"Bu, bir fasilədir. Söhbət konkret bir tədarüklə bağlı fasilədən gedir", - deyə o, San-Fransiskoya gedən prezident təyyarəsinin göyərtəsində keçirdiyi brifinqdə deyib. “Bu, İsrail dövlətinə silah tədarükünün tamailə dayandırılması deyil, qaydalar əsasına uyğun fasilədir”, - deyə Jan-Pyer vurğulayıb.

Ağ Evin mətbuat katibi həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar hazırda Rəfahda hər hansı hərbi əməliyyatı qeydə almır, lakin şəhərə tam miqyaslı müdaxilənin mümkünlüyü ilə bağlı narahatlığını açıq şəkildə göstərmək niyyətindədir.

Jan-Pyer bu pauzanın nə qədər davam edəcəyi barədə dəqiq məlumat verə biməyəcəyini bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar daşınması dayandırılmış xüsusi döyüş sursatı göndərilməsinin gələcəyi ilə bağlı hələ yekun qərar verməyib: "Bu göndərişlə nə edəcəyimizlə bağlı hələ yekun qərar verməmişik", - dedi.

Cümə axşamı günü keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Patrick Rayder təsdiq edib ki, ABŞ rəsmiləri keçən həftə Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyat zamanı istifadə oluna biləcəyi ilə bağlı 3500 bombanın İsrailə tədarükünü dayandırıb.

ABŞ prezidenti Co Bayden mayın 8-də "CNN" telekanalına müsahibəsində Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyat keçiriləcəyi təqdirdə ABŞ-ın İsrailə silah tədarükünü dayandıracağını bildirib. Həmin gün ABŞ-ın müdafiə naziri Lloyd Ostin qeyd edib ki, Vaşinqton Rəfah ətrafındakı vəziyyətlə əlaqədar İsrailə qısamüddətli hərbi yardımın bəzi növlərini nəzərdən keçirir. Onun açıqlamalarından belə çıxır ki, xüsusən də yüksək güclü bombaların tədarükü dayandırılıb. Pentaqonun rəhbərinin sözlərinə görə, tədarüklə bağlı yekun qərarlar qəbul edilməyib. Dövlət Departamentinin aydınlaşdırdığı kimi, İsrailə yalnız bir döyüş sursatı göndərilməsi dayandırılsa da, digər hərbi təchizatlara da yenidən baxılır.

Mayın 5-də "Axios" portalı iki israilli məmura istinadən xəbər verib ki, Amerika administrasiyası 2023-cü il oktyabrın 7-dən bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb. Mənbələrin bildirdiyinə görə, bu addım Vaşinqtonun bu cür tədbirlərin səbəblərini öyrənməyə başlayan İsrail hakimiyyətinin ciddi narahatlığına səbəb olub.

Mayın 7-də “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, Birləşmiş Ştatlar dəqiq bombaların tədarükünü gecikdirməklə İsrailə siyasi siqnal göndərmək niyyətindədir. Nəşrin yazdığına görə, Demokrat Bayden yəhudi dövlətinə silah göndərməzdən əvvəl şərtlər irəli sürülməsini tələb edən partiya yoldaşlarının təzyiqi altındadır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »