Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyev Azərbaycan dövlətini və xalqını tarixin ağır və sərt sınaqlarından xilas etdi...
Heydər Əliyev Azərbaycan dövlətini və xalqını tarixin ağır və sərt sınaqlarından xilas etdi...

Bu gün Azərbaycanın Ümummilli Lideri, bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Tarix onu ümidsizlik və inamsızlıq dövründə Azərbaycan xalqına ümid və nikbinlik bəxş edən nadir lider, qüdrətli Dövlət Başçısı, fədakar insan kimi xatırlayır.

Heydər Əliyev 1969-cu il iyulun 14-də SSRİ yanında Azərbaycan Kommunist Partiyasının birinci katibi kimi dövlət hakimiyyətinə gəlib. O, Azərbaycanda hakimiyyətə gələndən sonra Azərbaycan Sovet İttifaqının ən inkişaf etmiş respublikasına çevrildi. Həmin illərdə Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatının, elmin, təhsilin və digər sahələrin inkişafına da xüsusi diqqət yetirirdi ki, bu da sonralar xalqın milli-mənəvi dəyərlərinin vahid bütövlükdə yaradılmasında öz təsirini göstərdi. O, 1993-cü ilin oktyabrından 2003-cü ilin oktyabrına kimi fəaliyyət göstərmiş Azərbaycanın üçüncü Prezidenti idi.

Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrlərdə başı kreslo davasına qarışmış “rəhbərlərin” sayəsində Azərbaycan sözün əsl mənasında məhvə doğru gedirdi. Və bu ölkəni inkişaf etdirə biləcək güçlü bir liderə ehtiyac var idi. Əliyev hakimiyyətdə olduğu illərdə xalqla bərabər ağır maneələri dəf edərək, güclü bir dövlət qurmağı bacardı. O, hakimiyyəti dövründə köklü islahatlar apararaq Azəırbaycanı yenidən yaratdı. Heydər Əliyev Azərbaycanda siyasi sabitliyə nail ola bildi. Ölkəyə xarici investisiyalar cəlb edilir, ölkədə maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülürdü.

Heydər Əliyevin prezidentliyi dövründə iqtisadi inkişafa təkan verən böyük müqavilələr imzalandı. Bunlardan biri də 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan xalqının rifahı üçün böyük rola malik olub.

Eyni zamanda Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinə rəhbərlik edir, nəhəng qərb kapitalının Azərbaycana cəlb edilməsi istiqamətində böyük işlər görüb. O, 2003-cü il dekabrın 12-də vəfat edib. Amma Azərbaycan xalqının 1960-cı ildən sonrakı taleyi Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində o, Azərbaycan dövlətini və xalqını tarixin ağır və sərt sınaqlarından xilas etdi. Azərbaycanın bugünkü reallıqlarını yaratdı. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmət etməyə həsr etmişdi.

Uşaq idim o dövrlərdə yadıma gəlir, atam deyirdi ki, “Naxçıvanda müzakirələr gedir, Heydər Əliyev Azərbaycan prezidenti olacaq. O, prezidentliyə gəlsə, rahat yaşayacağıq” deyirdi. Heydər Əliyevin hakimiyyətə gəlişini, insanlarla, vətəndaşlarla münasibətini, Azərbaycanın rifajı üçün əlindən gələni etməsini hamı xatırlayır. O, fərqli insan idi…

2003-cü ilin dekabrın 12-ni bu gün kimi xatırlayıram. Üzərimizə ağır bir yük çökmüşdü. Sanki məhv olurduq, o yükün altında.

Sanki doğmamızıı itirmişdik. Yaxşı ki, Azərbaycanda tarixində Heydər Əliyev kimi bir dahi lider olub. Keçmişə boylananda biz də fəxr edirik ki, onun yaratdığı Azərbaycanda yaşayırıq.

Bu gün Heydər Əliyevin yolunu cənab prezident İlham Əliyev davam etdirir. İlham Əliyev 30 il düşmən tapdağı altında olan Azərbaycan torpaqlarını işğaldan azad edə bildi. Bu da hər bir azərbaycanlı üçün qürurdur, fəxrdir. Heydər Əliyevin bir sözü vardı: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »