Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qazi və müharibə iştirakçılarının özəl təhsil ocaqlarında güzəştli təhsil alması arzuolunandır"
"Qazi və müharibə iştirakçılarının özəl təhsil ocaqlarında güzəştli təhsil alması arzuolunandır"

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub. Yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində “Müharibə veteranı” adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qanun şəhid ailəsinin üzvlərinə tam şəkildə şamil olunur. Amma qazilər və müharibə iştirakçıları üçün dövlətə ali məktəblərində kömək olunur. Özəl ali təhsil müəssisələrinə gəldikdə, deputat vurğulayıb ki, bu qərarın verilməsi artıq özəl ali məktəbin və ya özəl universitetin mövqeyindən, imkanından aslıdır.

Rüfət Quliyev Rüfət Quliyev

“Biz istədik ki, orada da müəyyən qədər köməkliklər olsun. Bununla əlaqədar bütün deputatlar öz fikirlərini bildiriblər. Amma universitetlər özəldir və bu mövzuda seçim onların özündən asılıdır. Bu da arzulanan vəziyyətdir”-deyə deputat vurğulayıb.

Rüfət Quliyev bildirib ki, ölkəmizin müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən olmuş vətəndaşların ödənişli təhsil alan 2465 övladının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »