Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran tərəfindən saxlanılan "MSC Aries" gəmisindən beş hindistanlı azad edilib
İran tərəfindən saxlanılan "MSC Aries" gəmisindən beş hindistanlı azad edilib

Hörmüz boğazında İran hərbçiləri tərəfindən saxlanılan "MSC Aries"dən 5 Hindistan vətəndaşı azad edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Hindistanın Tehrandakı səfirliyi məlumat yayıb.

“Beş Hindistanlı "MSC Aries" dənizçisi bu axşam azad edilib və İranı tərk edib. Biz İran hakimiyyətinə Hindistanın Bəndər Abbasdakı səfirliyi və konsulluğu ilə sıx koordinasiyaya görə təşəkkür edirik”, - deyə Hindistan diplomatik missiyası bildirib.

"MSC Aries" konteyner gəmisi aprelin 13-də Hörmüz boğazında İran hərbçiləri tərəfindən saxlanılıb. Gəmidə 17-si hindistanlı olmaqla 25 ekipaj üzvü olub. Hadisədən 5 gün sonra İran hakimiyyəti gəmidə olan Hindistan vətəndaşına gəmini tərk etməyə icazə verib. Hindistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, konteyner gəmisində olan hindular sağlamdır və ailələri ilə əlaqə saxlayırlar.

İran rəsmilərinin məlumatına görə, ekipaj üzvləri arasında Rusiya vətəndaşı Timofey Kolçanov da var. Rusiyanın Tehrandakı səfirliyi aprelin 24-də bildirdi ki, o, çox güman ki, hazırda hazırlanmaqda olan heyət dəyişikliyi zamanı "MSC Aries"i tərk edə bilər.

"Associated Press"in məlumatına görə, "MSC Aries" konteyner gəmisi Portuqaliya bayrağı altında üzüb. İsrailli iş adamı Eyal Oferin "Zodiac Group"a daxil olan Londonda yerləşən "Zodiac Maritime" şirkəti ələ keçirilən gəmi ilə əlaqəni Rusiya mətbuatına təsdiqləyib. "MarineTraffic" xidmətinin məlumatlarına görə, "MSC Aries" konteyner gəmisi Əmirliyin Xəlifə limanından Hindistanın Nava Şevasına doğru gedirmiş.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »