Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsinin) gündəliyi yayımlandı
“Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsinin) gündəliyi yayımlandı

"Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” (AISA) və “PMD Projects” MMC tərəfindən 15 may 2024-cü il tarixində “Fairmont Baku”- da “Towards COP29” (COP29’a doğru) şüarı altında keçiriləcək “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsinin) gündəliyi yayımlanıb.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tikintidə dayanıqlı və ətraf mühiti nəzərə alan həllərin, müasir və innovativ tikinti və memarlıq üsullarının, tikinti təhlükəsizliyinin, ağıllı tikinti sistemləri və şəhərsalma mədəniyyət nümunələri kimi mövzuların müzakirə olunacağı tədbirin gündəliyi də artıq bəllidir. Tədbirin saytında və sosial şəbəkə hesablarında moderator və spikerlər haqqında ətraflı məlumat qeyd edilmişdir.

Ölkəmizin inşaat və tikinti sahəsində tənzimləyici və nəzarət qurumlarının, qabaqcıl inşaat və memarlıq şirkətlərinin, həmçinin dayanıqlılıq sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin moderator və spiker olduğu tədbirdə bu sahədə beynəlxalq gündəmdəki mövzular, ölkəmizdə tədbiq edilən və gələcək üçün nəzərdə tutulan metodlar, mövcud problemlər və onlar üçün həll yolları müzakirə ediləcəkdir.

“Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi)

Təşkilat komitəsindən verilən məlumata görə, 5 may tarixində qeydiyyat müddəti bitən iştirak üçün ümumilikdə 700-dən çox müraciət daxil olmuş və yaxın günlərdə zirvədə iştirak üçün 120-dən çox şirkəti təmsil edən 300 nəfər iştirakçıya dəvətnamələr göndəriləcəkdir. Qeyd edək ki,  zirvə BMT-nin Qlobal Saziş Təşəbbüsünün Əsas tərəfdaşlığı, "Norm" ASC, "Farchitects" şirkətlərinin platinum, IST Services və ALPİN şirkətlərinin qızıl, UNICONS və "Freyssinet" şirkətlərinin gümüş sponsorluğu, KRAN GROUP, PlanRadar, AzDƏMTTETİ,  STORM-ENGINEERING, STV Engineering, Fil Agency, Qmeter, Facemark, NS Studio, Bizimyol.info, Boomerang Agency və Liv Bona Dea Hospital-ın tərəfdaşlığı ilə təşkil ediləcəkdir.

Son xəbərlər
Bütün xəbərlər »