Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“YouTube” fenomenlərinin sıradan çıxardığı yeniyetmələr
“YouTube” fenomenlərinin sıradan çıxardığı yeniyetmələr

Almaniyada yeniyetmələrdə qeyri-adi davranış tərzi müşahidə edilməyə başlanılıb. Bu haqda yazan İsveçrə mətbuatı bir videokanalı günahlandırır.

Bizimyol.info xəbər verir ki, yazıda əsasən “YouTube” portalının yeniyetmələrin davranış tərzinə yaxşı təsir göstərməməsindən bəhs olunub. Məqalədə Hannover Tibb Məktəbinin bir vacib müşahidəsindən söz açılıb. Yeniyetmələr söhbət zamanı səsini qaldırır, söyüş söyür, başqalarına qarşı kobudluq edir, müxəlif ifadələri ucadan deyirlər. Onları Turetta sindromu ilə psixiatra yönləndirmək lazım gəlib. Ailələr dərin kədər içində idi. Uşaqlar aylarla məktəbə getmirdi. Hətta sinir əməliyyatına ehtiyacı yarananlar olub.

Psixiatr və nevroloq Kirsten Müller-Fal hesab edir ki, bütün bu uşaqlarda diaqnoz səhv qoyulub. Onlar heç də sinir xəstəliyi olan Turetta sindromuna tutulmayıb. Müller-Fala həmkarlarından biri yaxşı ipucu verib. Aydın olub ki, həmin yeniyetmələr özünü “Başda fırtına” “YouTube” layihəsinin baş qəhrəmanı Yan Tsimmermann kimi aparır. Bu oğlan yeniyetmələr və gənclər arasında çox populyardır. Özünü həmişə qeyri-adekvat aparır. Məsələn, aeroportda “Bomba” deyə qışqıraraq böyük təlaş yarada bilir.

Tsimmermann məhz Turetta sindromuna tutulduğunu iddia edir. O, daim xəstəliyi haqqında danışır. Videolarında faşist lozunqlarını səsləndirməkdən çəkinmir, “Hayl Hitler” qışqırır. O, 2019-cu ilin fevralından bəri 2 milyondan çox izləyici toplaya bilib.

Psixiatrların müşahidəsi gözlənilməz nəticə ortaya çıxıb. Həmin yeniyetmələr Tsimmermannın hərəkətlərini təkrarlayır. Onlara sual verəndə hər biri Tsimmermannı tanıdığını deyib.

İsveçrə mətbuatı yazır ki, yeniyetmələrə təkcə Yan Tsimmermann pis təsir göstərmir. Başqa ölkələrdə də bənzər problem var. Məsələn, Böyük Britaniyada İvi Meq çox məşhurdur. O da yeniyetmələrə yaxşı nümunə olmur.

Müller-Fal deyir ki, “YouTube” fenomenlərinin təsiri altına düşən yeniyetmələrdə həmişə stress, depressiya müşahidə edilir, onlar hətta autizmə yoluxa bilir. Hərçənd, bütün uşaqların həmin videolara baxmaqla təsirə düşməməsi də mümkündür.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »