Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tutulan 160 erməni terrorçu cəza çəkəcək
Tutulan 160 erməni terrorçu cəza çəkəcək

Artıq ermənilər özləri də etiraf edirlər ki, Çaylaqqalada "onlarla könüllü" əsir düşüb.

Bu əslində yüzdən çox, daha dəqiq desək 160 əsir deməkdir. Hərbi ekspertlərin rəyinə görə, Qarabağda tutulan 160 erməni hərbi əsir deyil. Onlar müharibənin bitdiyi elan olunandan sonra sərhədlərimiz daxilində tutulmuş əli silahlı terrorçulardır. Terrorçu kimi də məhkəməyə çıxarılmalı, mühakimə olunmalıdırlar. Antiterror əməliyyatı nəticəsində ələ keçirilmiş silahlı şəxs və ya şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.

Hərbi əsirlərlə bağlı bir çoxumuzda yanlış təsəvvürlər var. “Niyə əsir götürürük, əgər geri qaytaracıqsa?” düşüncəsi kökündən yanlışdır. Unutmayaq ki, biz əsirləri qaytarmamışıq, dəyişdirmişik. Hamının-hamıya prinsipi tarix boyu bütün müharibələrdə tərəflərin humanist və xoşgörü davranışı hesab edilib. Biz bunu edən ilk dövlət deyilik.

Yeni əsirlərisə qeyd etdiyimiz kimi, Azərbaycan ərazisində qanunsuz silahlı hərb birləşmələrin tərkibində döyüşən terrorçulardır. Bu kimi cinayətkarlar qaytarılmır, mühakimə edilir, hökm oxunur və gələcəkdə hər hansı bir siyasi razılıq olarsa hüquqi ifadə ilə desək ekstradisiya edilir. Amma heç nə qarşılıqsız olmur. Əlimizdəki hər bir əsir və ya cinayətkar erməni cəmiyyəti və siyasi hakimiyyəti üçün təzyiqdir, üstünlüyümüzdür.

Son xəbərlər
Bütün xəbərlər »